Ana səhifə / Siyasət / Universitetin rektoru vəzifəsindən azad edildi – Yeni təyinat oldu

Universitetin rektoru vəzifəsindən azad edildi – Yeni təyinat oldu

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov vəzifəsindən azad edilib.
Universitetdən Modern.az-a verilən məlumata görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub.
Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib.
Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur.
Yeni rektor artıq kollektivə təqdim olunub.
 Təqdimatda Universitetin kollektivi adından Fərid Əhmədova göstərdiyi fəaliyyətə və xidmətlərə görə təşəkkür edilib və yeni təyin olunan rektora uğurlar arzulanıb.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın