Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Unibankda kütləvi ixtisar – 900 nəfər işindən oldu

Unibankda kütləvi ixtisar – 900 nəfər işindən oldu

Moderator.az – ın əldə etdiyi məlumata görə, ölkənin ən böyük özəl bankı olan “Unibank”da kütləvi ixtisarlara start verilib. Belə ki, yanvar ayının 15 – i işçilərə zəng vurularaq onların birinci gün işə gəlməmələri bildirilib. Əldə etdiyimiz məlumata görə, ilkin növbədə ölkə üzrə fəaliyyət göstərən filallarda 900 işçi vəzifəsindən azad edilib.
Xatırladaq ki, bir neçə gün öncə Moderator.az “Unibank”ın  kütləvi ixtisarlara getməyə hazırlaşdığı ilə bağlı xəbər vermişdi. Hələ bu addımı atmamışdan öncə bank öz əməkdaşlarının əmək haqqını azaldaraq işçilərin öz xoşu ilə gedəcəyinə ümid edirdi. Amma görünür, vəziyyət elə acınacaqlı həddə çatıb ki, bank rəhbərliyinin işçilərlə vidalaşmaqdan başqa yolu qalmayıb…

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın