Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Ukraynanın Maliyyə Nazirliyi Azərbaycan neftinin nəqlinə qadağa qoyub

Ukraynanın Maliyyə Nazirliyi Azərbaycan neftinin nəqlinə qadağa qoyub

Ukraynanın Maliyyə Nazirliyi “Ukrtransnafta” dövlət müəssisəsi tərəfindən Cənub neft magistralı vasitəsilə 262 min ton Rusiya neftinin nəqlinə qadağa qoyub. “APA-Economics” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə “Ukrtransnafta”nın baş direktorunun birinci müavini Andrey Pasişnik bildirib.
A. Pasişnik bildirib ki, Rusiya nefti Azərbaycan istehsalı olan “qara qızıl” ilə əvəzlənməli idi.
“Maliyyə Nazirliyi prezidentlərin və hökumətlərin əldə etdiyi razılaşmalara qarşı çıxır və problemin həlli əvəzinə qadağa qoyur”, – deyə baş direktorun müavini qeyd edib.
Xatırladaq ki, noyabrın 4-də “Ukrtransnaft”a Ukraynanın baş naziri Vladimir Qroysmana müraciət edərək tez bir vaxtda Odessa-Kremençuq neft kəmərini dolduran “Urals” markalı neftin “Azeri Light” markası ilə əvəzləməyə razılıq verməyə xahiş edib.
Onun da qeyd edək ki, noyabr ayının 2-də “Ukrtransnafta” və “Ukrtatnafta” (Kremençuq neftayırma zavodunun operatoru) 4 mln. Azərbaycan neftinin zavoda nəql olunmasına dair protokol imzalayıb.
ukraynanin maliyye nazirliyi azerbaycan neftinin neqline qadaga qoyub

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın