Ana səhifə / Siyasət / Ukraynalı deputat Xocalı qətliamı barədə danışdı

Ukraynalı deputat Xocalı qətliamı barədə danışdı

“1992-ci ilin 26 fevral hadisələri Azərbaycan xalqının yaddaşında sağalmaz yaradır. Bu, Qarabağ müharibəsi dövrünün ən faciəli anlarından biridir”. 

Bu barədə AZƏRTAC-a müsahibəsində Ukrayna Ali Radasının deputatı Lyudmila Marçenko bildirib.

Ukraynalı parlamentarinin qeyd etdiyi kimi, 1992-ci il fevralın 26-na keçən gecə ən faciəli anlardan biri olub. Həmin gecə erməni hərbi dəstələri Azərbaycanın Xocalı şəhərinə hücum edib, nəticədə 613 dinc sakin, o cümlədən 63 uşaq və 106 qadın öldürülüb, 487 nəfər şikəst edilib; 150 nəfər itkin düşüb, əsasən yaşlı insanlardan, uşaq və qadınlardan ibarət 1275 sakin əsir götürülüb, onlara qarşı dəhşətli təhqir, işgəncə və həqarətlər tətbiq olunub, 7 mindən çox əhalisi olan şəhər dağıdılıb.

Lyudmila Marçenko deyib: “Xocalı şəhərinin əhalisinə qarşı törədilən cinayətlər xarakterinə və miqyasına görə birmənalı olaraq BMT-nin Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 saylı qətnamə ilə təsdiq etdiyi “Soyqırım cinayətinin qarşısının alınması və onun cəzalandırılması haqqında” Konvensiyasının təsiri altına düşür. Bu sənəddə soyqırımının tanınmasının hüquqi əsasları təsbit edilib”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …