Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Ukraynada Azərbaycanın da maraq göstərdiyi “Qrom” raketlərinin sınaqları keçirilir – VİDEO

Ukraynada Azərbaycanın da maraq göstərdiyi “Qrom” raketlərinin sınaqları keçirilir – VİDEO

Ukraynada “Qrom-2” operativ-taktiki raketlərinin sınaqları keçirilib.  Xəbər verir ki, raketin sınaqlarına dair videogörüntüləri Ukraynanın Milli sənaye portalı yerləşdirib. Kadrlara əsasən raketin mühərriki xüsusi sınaq meydançasında işə salınır.

“Qrom-2” operativ-taktiki raketləri 280 kilometrə qədər məsafədə hədəfləri vurmaq üçün nəzərdə tutulub, tatiki-texniki göstəricilərinə görə Rusiyanın “İsgəndər-M” raketlərinə yaxındır. Ukrayna hərbi sənayesi bu raket üzərində işə bir neçə il əvvəl başlamışdı, raketin görüntüləri ilk dəfədir yayılır. Raket üzərində iş Belarus mütəxəssislərinin iştirakı ilə aparılır. Raketlər Belarus istehsalı olan mobil platforma üzərində yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl bəzi xarici mənbələrdə Azərbaycanın da “Qrom-2” raketlərinə maraq göstərdiyi haqda xəbərlər yayılmışdı. Perspektivdə Azərbaycan bu raketləri əldə etmək istəyində ola bilər, lakin başqa məsələdir ki, Ukrayna onları Azərbaycana satmaq istəyərmi…

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …