Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Üç badam bir qoz” ətrafında qalmaqal – Video

“Üç badam bir qoz” ətrafında qalmaqal – Video

Bir neçə ay bundan əvvəl premyerası olan “Üç badam bir qoz” filmi ətrafında böyük qalmaqal yaşanıb.  

Serialın xanım qəhrəmanları Cəmilə Tağızadə, Mila Əminə və Sevinc Şirinova “Qafqazinfo”ya müraciət edərək ekran işinin prodüseri Altun Mətləboğlundan şikayətçi olublar.

Onlar  A. Mətləboğlunu dələduzluqda ittiham ediblər. Aktrisalar bildiriblər ki, prodüser onlara ayrılan qonorarı vermir.

“Qafqazinfo” mövzu ilə bağlı bir neçə dəfə Mətləboğlu ilə əlaqə saxlayıb. Lakin, ittiham olunan şəxs mesaj və zənglərə cavab verməyib.

Şikayətlə bağlı hazırlanan videomaterialı təqdim edirik:

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın