Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Türkmənistan ərazisində itkin düşən neftçilərin axtarışına başlanılıb

Türkmənistan ərazisində itkin düşən neftçilərin axtarışına başlanılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzada itkin düşən 23 nəfərin və “Neft daşları” yatağında itkin düşən 3 nəfərin axtarışına bu gün Xəzər dənizinin Türkmənistan ərazisində başlanılıb.
Bu barədə “Report”a “Azneft” İstehsalat Birliyində yaradılmış operativ qərargahdan məlumat verilib.
Qeyd olunub ki, bunun üçün Türkmənistan Dövlət Sərhəd Xidmətindən icazə alınıb. Bu ərazidə axtarışı Fövqəladə Hallar Nazirliyinin (FHN) uzaq məsafələri axtarmaq üçün müəyyənləşdirilmiş bir təyyarəsi həyata keçirir. Bu təyyarə dənizə eniş edə bilir.
Xəzərin Azərbaycan sektorunda isə hazırda FHN-nin 3 helikopteri, 2 gəmisi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin 2 helikopteri 5 gəmisi axtarış aparır.
Eyni zamanda, FHN-nin Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri Bayıl ərazisində sahilboyu axtarış həyata keçirirlər.
338 DƏFƏ OXUNUB

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın