Ana səhifə / Siyasət / Türkiyəyə Afrin təzyiqi-Ankara çətin seçim qarşısındadır – TƏHLİL

Türkiyəyə Afrin təzyiqi-Ankara çətin seçim qarşısındadır – TƏHLİL

BMT Təhlükəsizlik Şurasının Suriyada ən azı 30 günlük atəşkəs nəzərdə tutan qətnaməsi qüvvəyə minib. Suriyanın 20-dən çox münaqişə bölgəsində atəş dayandırılıb. Digər bölgələrin də atəşkəsə qoşulması gözlənilir.

Qeyd edək ki, hazırda BMT TŞ-yə sədrlik edən Küveyt və İsveç hökumətləri tərəfindən hazırlanan qərar layihəsinə əsasən atəşkəsin əsas məqsədi humanitar yardımların təhlükəsiz, maneəsiz və davamlı bir şəkildə çatdırılması, xüsusən də Şərqi Qutada xəstə və yaralıların təxliyəsini təmin etmək üçün tərəflər gecikmədən atəşi ən azı 1 ay dayandırmalıdır.

Artıq Rusiya da hazırda əməliyyatların davam etdiyi Şərqi Quta rayonunda hər gün atəşin 5 saatlıq dayandırılması ilə bağlı qərar verib. Məsələ ondadır ki, BMT-nin məlum qərarına əsasən terror təşkilatları bu qərara aid edilmir, onlara qarşı hərbi əməliyyatlar davam edəcək.

İlk günlərdə Şərqi Qutada atəşkəs məsələsi gündəmə gəlsə də, indi artıq Afrində də atəşkəs elan edilməsi tələbləri gəlməyə başlayıb. Qeyd edək ki, Türkiyə hökuməti bəyan edib ki, Afrində əməliyyat terrorçu PKK/YPG-yə qarşı aparıldığı üçün atəşkəsin Afrinə şamil olunması mümkün deyil. Yəni əməliyyatlar davam edəcək.

Ancaq son günlər baş verənlər göstərir ki, Avropa ölkələri Ankaranı da Afrin əməliyyatını dayandırmağa vadar etmək istəyir. İki gün əvvəl Avropa Birliyinin xarici siyasət və təhlükəsilzik üzrə ali komissarı Federika Moqerini mətbuata verdiyi müsahibədə atəşkəsin digər bölgələrə də şamil olunmalı olduğunu qeyd edib. Moqerini, Suriyada bütün beynəlxalq və regional oyunçulara, xüsusən də Astana prosesinin təminatçısı olan ölkələrə atəşkəsin bütün döyüş cəbhələrində tətbiq olunması çağırışı edib.

Moqerini ile ilgili görsel sonucu

Suriya atəşkəsinin Afrin əməliyyatına da təsir edib etməyəcəyi ilə bağlı suallara cavab olaraq Moqerini “Bu mövzuda narahatlığımız bildirmişik. Başda rejim və dəstəkçiləri olmaqla fərqli oyunçuların Suriyanın bütün bölgələrində hərbi əməliyyatları genişlənməsindən narahatıq. Xüsusən də Astana prosesini aparan ölkələrin atəşkəsin təmin olunması ilə bağlı öhdəlikləri cavabdehlikləri var”.

Bazar ertəsi günü Türkiyə prezidenti ilə telefonla danışan Fransanın dövlət başçısı Emmanuel Makronun da Ərdoğandan atəşkəsin Afrinə də şamil olunmasını istədiyi bildirilir. Yelisey sarayından mətbuata göndərilən açıqlamada qeyd olunur ki, Makron Ərdoğana Suriyadakı atəşkəsə Afrinin də aid olduğunu bildirib. eyni zamanda qeyd olunub ki, Türkiyə prezidenti Afrində mülki əhalinin zərər görməməsi üçün bütün lazımı addımların atıldığını bildirib.

afrin operasyonu 35. ile ilgili görsel sonucu

ABŞ ordusu isə Afrin əməliyyatının İŞİD-ə qarşı mübarizədən diqqəti yayındırdığını, buna görə də “narahatlıq doğurduğunu” bəyan edib. Almaniya mediasına müsahibə verən İŞİD-ə qarşı koalisiyanın amerikalı sözçüsü, polkovnik Dillon bəyan edib ki, onların əsas hədəfi Suiryada İŞİD-i məğlub etməkdir. Bununla bağlı fəaliyyətlərə dəstək verirlər.

Dilon Afrin əməliyyatının diqqətləri dağıtdığını deyib: “Afrindəki son fəaliyyətlər diqqətləri dağıdır. Eyni zamanda İŞİD-i məğlub etmək üçün Fərat vadisində yerləşən bəzi silahlı qüvvələrin geri çəkilməsinə səbəb oldu. Bu, koalisiya üçün narahatlıq doğuran bir vəziyyətdir. Baş qərargah və koalisiyanın üzvü olan Türkiyənin Afrində baş verənlərin İŞİD-i məğlub etmə hədəfinə necə təsir etdiyi barədə məlumatlandırdıq”.

afrin operasyonu 35. ile ilgili görsel sonucu

Bundan başqa amerikalı polkovnik YPG-nin də daxil olduğu Suriya Demokratik Qüvvələri hərbi birliyini tərifləyib. Onların İŞİD-ə qarşı mübarizədə “özlərini təsdiqləmiş” döyüşçülər olduğunu bildirib. ancaq eyni zamanda əlavə edib ki, ABŞ PKK-nı terror təşkilatı kimi tanıyır.

Qeyd edək ki, hələlik ABŞ-dan rəsmi olaraq Suriyada atəşkəs və Afrin əməliyyatı barədə açıqlama gəlməyib. Ancaq Avropa bu mövzuda mövqe ortaya qoyub. Görünən odur ki, qarşıdakı günlərdə Türkiyənin də atəşkəsə əməl etməsi üçün Ankaraya təzyiqlər artacaq. Yeri gəlmişkən, bazar günü Praqada saxlanılmış PYD-nin keçmiş həmsədri Saleh Müslimi də Çexiya məhkəməsi ötən gün Türkiyəyə verməkdən imtina edərək azad edib.

Güman etmək olar ki, yaxın günlərdə Afrin əməliyyatını dayandırması üçün Ankaraya açıq təzyiqlər başlayacaq. Artıq Türkiyə ordusu Afrin rayonunun Türkiyə ilə həmsərhəd olan ərazilərini tamamilə nəzarətə götürüb. Rayonun içərilərinə doğru irəliləməkdə davam edir. Qarşıdakı günlər əməliyyatın aktiv mərhələsi başlayacaq. Türkiyə ordusu isə əməliyyatın sürətini artırıb, çünki yaxın günlərdə atəşkəs elan olunsa, savaşın yenidən başlaması sual altına düşəcək. (Musavat.com)

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …