Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Türkiyənin sərhədlə bağlı haqlı şərtinə erməni türkoloqdan əcaib şərh

Türkiyənin sərhədlə bağlı haqlı şərtinə erməni türkoloqdan əcaib şərh

“Ermənistanda yüksək səviyyəli peşəkar diplomatların olmasına baxmayaraq, erməni diplomatiyası indi ən çətin dövrümü yaşayır”.

Bu sözləri İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan “NovostiNK”-yə bildirib.

“Hələ diplomatiyanı kənara qoyaq. Ermənistan hakimiyyətində təsadüfi peyda olan insanların düşünülməmiş hərəkətləri nəticəsində bizim praktik olaraq bütün dövlət institutlarımız davamlı şəkildə zəifləyir. Və belə bir hakimiyyətdən xüsusilə müharibədəki məğlubiyyətindən sonra xarici siyasətlə bağlı qəliz problemlərin effektiv həllini gözləməyə dəymir”, – Melkonyan qeyd edib.

Həmin problemlər arasında o, saxta “erməni soyqırımı” məsələsinin beynəlxalq səviyyədə tanınması prosesinin təşviq edilməsini xüsusi vurğulayıb. Melkonyanın fikrincə, İrəvanın xarici siyasətinin passivliyi nəticəsində artıq tərəfdaş ölkələrlə lazımi təsirli əlaqələri yoxdur. Bu xüsusda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə qarşıdurmada erməni maraqlarını müdafiə etmək bacarığına erməni türkoloq ciddi şübhə etdiyini söyləyibr.

Ayvazyanın bu yaxınlarda Ankaranın Ermənistanla sərhədləri bağlamaq üçün heç bir səbəbinin qalmadığı barədə verdiyi məlum açıqlamaya münasibət bildirən Melkonyan hesab edir ki, Türkiyə Ermənistanla diplomatik əlaqələr qurmağı yalnızca Qarabağ məsələsi ilə əlaqələndirmir.
“Türklər bizdən “soyqırımın” beynəlxalq səviyyədə tanınması ideyasından imtina etmıəyimzi və Türkiyənin ərazi bütövlüyünü tanımağımızı da tələb edirlər”, – deyə o rəsmi Ankaranın tamamilə haqlı və normal tələblərinə tipik erməni həyasızlığı ilə reaksiya verib. Sanki hərbi məğlubiyyətdən sonra tam iflasa doğru gedən və sərhədlərin açılmasına hamıdan çox ehtiyac duyan “üzdəniraq” ölkə Ermənistan deyilmiş.

Beləcə, bu xəstə təfəkkürlü, üzdəniraq türkoloqun qənaətincə, “Türkiyə Ermənistanın dövlət institutlarının zəifləməsindən, hər şeydən öncə hərbi məğlubiyyətdən istifadə etməyə və fürsətkən həm də Ermənistanla erməni diasporunun münasibətlərinə pozmağa, “soyqırımın” beynəlxalq səviyyədə tanınması prosesinin üstündən çarpaz xətt çəkməyə çalışır”. Halbuki erməni xalqının bəlalarının kökündə müstəsna olaraq, elə Türkiyə və Azərbaycanla əlaqələrin qurulmasına daima əngəl olan diaspor dayanır. Musavat.com

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …