Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatı haqda: “Çox ağır durumda gəlmişdi…”

Türkiyənin səhiyyə naziri Natiq Əliyevin vəfatı haqda: “Çox ağır durumda gəlmişdi…”

Türkiyənin səhiyyə naziri Receb Akdağ Azərbaycanın energetika naziri Natiq Əliyevin İstanbul klinikalarından birində vəfat etməsi ilə bağlı jurnalistlərin suallarına cavab verib.

Virtualaz.org xəbər verir ki, nazir “İstanbula təyyarədən yeni endiyini, nazirin vəfatı ilə bağlı xəbəri indi aldığını, təfərrüatları bilmədiyini” deyib.

“Məsələnin ancaq bu tərəfini bilirəm ki, bir neçə gün əvvəl Azərbaycan tərəfindən tələb aldıq. Bu tələb əsasında buradan ambulans-təyyarəmizi götürdük və dəyərli nazirimizi Türkiyəyə müalicəyə gətirdik. Amma çox ağır durumda gəlmişdi. Türkiyəyə gələrkən durumu son dərəcə ağır idi”-Receb Akdağ bildirib.

Natiq Əliyev ürək damarlarının tıxanmasına görə kritik vəziyyətdə Neftçilər xəstəxanasında yerləşdirilmişdi, orada həkimlərin ilkin yardımından sonra Türkiyəyə aparılmışdı. Nazir ötən gün İstanbulun “Florence Nightingale” klinikasında  vəfat edib.

Həmçinin oxuyun

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il keçir. 2023-cü il aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası …

Bir cavab yazın