Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Türkiyənin eks-xarici işlər naziri: “İlham Əliyev regionun lideridir”

Türkiyənin eks-xarici işlər naziri: “İlham Əliyev regionun lideridir”

“Prezident İlham Əliyev regionun lideridir, onun şəxsi keyfiyyətlərinə bir çox dövlət başçısı həsəd aparır. Cənab İlham Əliyev Türkiyədə də çox sevilir”.


Bu fikirləri Demokrat.az-a müsahibəsində Türkiyənin sabiq xarici işlər naziri Hikmət Çətin bildirib. 


Prezident İlham Əliyevin dünyanın nüfuzlu siyasətçilərindən biri olduğunu vurğulayan Hikmət Çətin qeyd edib ki, onun rəhbərlik etdiyi Azərbaycan böyük inkişaf yolu keçib.


Hikmət Çətin deyib: “Cənab İlham Əliyev çox uğurlu siyasətçidir, bir neçə xarici dil bilir, həm də güclü diplomatdır. 


İlham Əliyevi güclü edən digər səbəb isə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hamıdan daha çox ona yardım etməsidir. İnanıram ki, bu güclü birlik Azərbaycanı daha da firavan və inkişaflı gələcəyə aparacaq.  


Bu gün Azərbaycan xalqı İlham Əliyev kimi müdrik liderə sahib olduğu üçün özünü xoşbəxt saya bilər. Mənim onunla bir neçə dəfə görüşlərim olub. Cənab İlham Əliyev Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasına çalışır, bu yolda qətiyyət göstərir. 


Əminəm ki, cənab İlham Əliyev münaqişənin tezliklə həllinə nail olacaq. Cənab İlham Əliyevin yaşı çox olmasa da, amma o müdrik və ağsaqqal liderdir. Mən onu gənc yaşlarından tanıyıram, çox böyük idarəetmə təcrübəsi var. İnanıram ki, cənab İlham Əliyev sahib olduğu böyük təcrübəsi, müdrikliyi və ağıllı siyasəti ilə Dağlıq Qarabağ probleminin də öhdəsindən gəlməyi bacaracaq”.


Türkiyəli diplomat ATƏT-in Minsk qrupunun indiyədək olan səmərəsiz fəaliyyətini də tənqid edib:


“Çox təəssüf ki, ötən on illər ərzində ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsini həllinə nail ola bilməyib. Ermənistanın işğalçılıq siyasəti çox davam edə bilməz. Dünya ictimaiyyəti yaxşı bilməlidir ki, Azərbaycan gec-tez öz tarixi torpaqlarını düşməndən azad edəcək. Bütün Türk dünyası buna inanır və qardaş Azərbaycanın yanındadır”.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …