Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Türkiyənin baş naziri 9 ildən sonra niyə Naxçıvana ilk rəsmi səfər edib? – Rusiya mətbuatından maraqlı iddialar

Türkiyənin baş naziri 9 ildən sonra niyə Naxçıvana ilk rəsmi səfər edib? – Rusiya mətbuatından maraqlı iddialar

 

Türkiyə baş naziri Binəli Yıldırım Naxçıvana rəsmi səfər edib, Naxçıvan muxtariyyəti Ali Məclisinin sədri Vasif Talıbovla danışıqlar aparıb. Bu, son doqquz ildə hökumət sədri səviyyəsində Türkiyə siyasətçisinin bölgəyə ilk səfəridir.

Türkiyə və Azərbaycan KİV-ləri məlumatlarının məntqini izləsək, tərəflərin dialoqunda əsas mövzu ticari-iqtisadi əməkdaşlığın inkişafı olub. Dərc edilmiş məlumatlara əsasən, Türkiyənin Naxçıvan muxtariyyətinin dövriyyəsindəki payı keçən illə müqayisədə son 11 ayda 2 milyon dollar artaraq 7 685 000 dollar təşkil edib. Eyni zamanda muxtariyyət Türkiyəyə azad məhsul ixrac etmək hüququ əldə edib ki, bu da Türkiyə KİV-lərinə inansaq, Naxçıvandan mal ixracatı həcmini 100 milyon dollara çatdırmaq imkanı verir.

Bununla belə, bizə elə gəlir ki, Yıldırımın səfəri təkcə bununla bağlı olmayıb. Talıbov bu ərəfədə  İranda olub, İran XİN başçısı Məhəmməd Zəriflə görüş keçirib. Naxçıvan lideri energetika, turizm və yükdaşıma sahələrində İranla münasibətlərin bundan sonra da genişləndirilməsində marağını bildirib. Bu, müəyyən özəllikləri üzə çıxardır.

Birincisi, Naxçıvan istiqamətində Türkiyə-Azərbaycan münasibətləri muxtar respublika ilə metropoliya – Azərbaycan arasında ümumi sərhədin olmaması durumunda İran problematikasını meydana gətirir.

İkincisi, muxtariyyətin Dağlıq Qarabağla – Bakı və İrəvan arasında sürən münaqişə episentrinin sərhədi yoxdur.

Üçüncüsü, Naxçıvan Azərbaycan-Ermənistan silahlı toqquşması halında hərbi əməliyyatların ehtimal edilən teatrı ola bilər. Yeri gəlmişkən, 2016-cı il aprel döyüşləri zamanı Naxçıvanın Ermənistanla sərhədində bir neçə toqquşma baş verib. Bakı Naxçıvanda silah toplanmasını artırır, burada Türkiyə ilə müxtəlif hərbi təlimlər keçirir, bütün əlamətlərə əsasən orada Ankaranın statusunu yüksəltməyə çalışır, bu isə Tehranı qane etmir. Belə ki, bu yöndə münaqişə potensialı saxlanır.

Durumdan çıxış yolu sıradakı kimi görünür:

Birincisi, Naxçıvanın Türkiyə və İran üzərindən mühasirədən çıxarılması, bu anklavın durumunu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə bağlamadan onun ehtiyacsız önəminin möhkəmləndirilməsi;

İkincisi, Türkiyə-Ermənistan ticarət-iqtisadi münasibətlərinin yoluna qoyulması;

Üçüncüsü, Naxçıvanın mövcud statusunun dəyişdirilməsini də nəzərdən keçirmək olar – Naxçıvanın Bakı tərəfindən protektorat idarəçiliyindən Azərbaycanın tərkibinə tamdəyərli keçidi.

Xatırladaq ki, Azərbaycan Konstitusiyasının 134-cü maddəsi Naxçıvanın statusunu sıradakı kimi müəyyən edir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir”. Naxçıvan Muxtariyyəti Konstitusiyasının 1-ci maddəsi bildirir: “Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokartik, hüquqi, dünyəvi muxtar respublikadır”.

Bununla yanaşı, Naxçıvan Konstitusiyasının 2-ci maddəsi çox maraqlı bir ayrıntıya malikdir: “Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konsitusiyası, 1921-ci il 16 mart Moskva və 1921-ci il 13 oktyabr Qars beynəlxalq müqavilələri müəyyən edir”.

Amma nə Moskva, nə də Qars müqaviləsi Naxçıvanın Azərbaycanın tərkibinə daxil olduğu haqda maddələrə malikdir. Bunlarda söhbət yalnız protektoratdan və Bakının muxtariyyətə himayəçiliyindən gedir. Bizim baxışımıza görə, Naxçıvan probleminin həlli azərbaycanlılarla ermənilər arasındakı qarşılıqlı dözümsüzlük və nifrətin dərəcəsini aşağı salmağa, inamın və xeyirxah qonşuluq münasibətlərinin bərpasına, Bakı ilə Naxçıvan arasındakı nəqliyyat arteriyasının açılmasına səbəb olmağa qabildir. 

Artıq indi bu istiqamətdə səylər göstərmək lazımdır, çünki az adam bilir ki, gələcək Kürdüstanın formatı necə olacaq və Naxçıvan İran Kürdüstanının tərkibinə düşəcəkmi?

Bunu da istisna etmək olmaz ki, İran müəyyən şəraitlərdə Naxçıvanı öz nəzarətinə götürməyə can atacaq.

Bir də Rusiyanın da “xarici müşahidəçi” rolunu oynamağı tərgitmək və Yaxın Şərqin bu dəfə şimala –  Cənubi Qafqaza keçəcək qarşıdakı daha bir sunamisinə hazır olmağının vaxtıdır.

Tərcümə Strateq.az-ındır.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …