Ana səhifə / Siyasət / Türkiyəli ekspert üçtərəfli bəyanatı müsbət qiymətləndirdi

Türkiyəli ekspert üçtərəfli bəyanatı müsbət qiymətləndirdi

“Moskva görüşü qalan problemlərin həlli istiqamətində önəmlidir”.

Bunu türkiyəli hərbi-siyasi eksperti Abdullah Ağar yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş üçtərəfli görüş və liderlərin imzaladığı bəyanatla bağlı şərhində bildirib.

“Əlbəttə, nəqliyyat-kommunikasiya sisteminin blokdan çıxarılması Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Ermənistan üçün, ümumilikdə bölgə üçün əhəmiyyətlidir. Əldə olunan razılaşmalar, imzalanan sənəd Qafqazda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət göstərəcək”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, hazırda bölgədə Azərbaycan, Rusiya, Ermənistanla yanaşı, Türkiyə, İran və Gürcüstan işbirliyinə də zəmin yaranır.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …