Ana səhifə / Siyasət / Türkiyəli deputat: Azərbaycan-Türkiyə münasibətləri artan xətt üzrə inkişaf edəcək

Türkiyəli deputat: Azərbaycan-Türkiyə münasibətləri artan xətt üzrə inkişaf edəcək

Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədədir və bundan sonra da artan xətt üzrə inkişaf edəcək.

Bu barədə Trend-ə açıqlamasında Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbuldan olan deputatı Mətin Külünk bildirib.

Deputat qeyd edib ki, bu gün Azərbaycan iqtisadi, siyasi, ictimai və hərbi sahədə nailiyyətlər başda olmaqla, bütün sahələrdə ciddi uğurlar əldə edib.

Onun sözlərinə görə, son illərdə Türkiyənin bəzi kənar təhdidlərlə üzləşməsinə və bu təhdidlərin davam etməsinə baxmayaraq, yaşanan hadisələrin fonunda Ankara-Bakı münasibətləri heç vaxt arxa planda olmayıb:

“Türkiyə ilə Azərbaycan siyasi, hərbi, iqtisadi sahələr başda olmaqla, bir çox sahələrdə sıx əməkdaşlıq edirlər və əlaqələr daha da güclənməkdədir. Heç kimin şübhəsi olmasın ki, Azərbaycanın güclənməsi və bir dövlət olaraq möhkəmlənməsi Türkiyənin güclənməsi deməkdir”.

M.Külünk deyib ki, hər iki dövlət müxtəlif sahələrdə əməkdaşlığı daha da genişləndirməlidirlər.

Millət vəkili vurğulayıb ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra daha ciddi bir şəkildə möhkəmlənməyə, güclənməyə başlayıb və Türkiyə bu məsələdə hər zaman Azərbaycana dəstək olub:

“Azərbaycanın güclənməsində ölkə rəhbərliyinin rolu danılmazdır. Hazırda Azərbaycan sadəcə qonşu ölkələrlə deyil, eyni zamanda, Uzaq Şərq ölkələri ilə münasibətlərini möhkəmləndirir, ölkə hakimiyyəti milli maraqlara xidmət edən, dünya arenasında Azərbaycanın maraqlarını qoruyan siyasət yürüdür”.

Onun sözlərinə görə, müstəqillikdən sonra yaşanan bir sıra problemlərə baxmayaraq, Azərbaycan yeni bir iqtisadi modelə keçməyə çalışdı və bunu yüksək səviyyədə bacardı: “Yeni iqtisadi modelə keçidin ən bariz nümunəsi olaraq 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasını göstərmək olar”.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …