Ana səhifə / Siyasət / Türkiyədə əsl müharibə başladı – Ölən və yaralalan var

Türkiyədə əsl müharibə başladı – Ölən və yaralalan var

Bu gün Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda təhlükəsizlik qüvvələri ilə PKK silahlıları arasında toqquşma baş verib.

Lent.az Doğan xəbər agentliyinə istinadən xəbər verir ki, 2 nəfər dünyasını dəyişib, daha 10 nəfər isə yaralanıb. Silah səslərinin gəldiyi yerə zirehli texnika və polis qüvvələri yeridilib.

Bildirilir ki, artıq bir neçə gündür ki, Silopinin Başak və Barbaros məhəllələrində PKK-nın gənclik törəmələrinə qarşı əməliyyatlar gedir. əraziyə cəlb edilən texnika qazılmış xəndəyə düşməmək və maneələri keçmək üçün xüsusi vasitələrlə təchiz edilir.

Əməliyyatların gedişi və ölənlərlə bağlı rəsmi açıqlama verilməsə də, xəstəxanalara meyitlərin və yaralıların gətirilməsi ilə bağlı məlumatlar var.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın