Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / “Türkiyə rəhbərliyi “soyqırımı” mövzusunda uduzduğunu bilir”-Pol Qobl

“Türkiyə rəhbərliyi “soyqırımı” mövzusunda uduzduğunu bilir”-Pol Qobl

“Ankara qəzəblənəcək, ancaq bu qəzəb hər şeyi həll etməyəcək. Düşünürəm ki, Türkiyə rəhbərliyi bu mövzuda uduzduğunu bilir”.

 Bu fikirləri qəsbkar Ermənistan mediasının “ABŞ prezidenti Bayden tərəfindən “soyqırım”ın tanınması ilə bağlı proqnozlar reallaşarsa, Türkiyə üçün bu nə demək olacaq”  sualına cavabında məşhur  Amerika politoloqu Pol Qobl səsləndirib.

“ABŞ prezidenti tərəfindən “erməni soyqırımı”nın tanınmasından Ermənistan nə qazanacaq?” sualını isə analitik belə cavablandırıb: “Ermənilər bundan razı qala bilər. Amma bu məsələnin mənfi tərəfi də var ․ 1915-ci ildəki kütləvi ölümlərin soyqırım kimi tanınması istəyi erməni diasporunun identikliyinin özəyini o qədər uzun müddət təşkil edirdi ki, bu qələbə ilə Ermənistan xaricindəki bir çox erməninin Ermənistana işləmək üçün əvvəlkindən daha az motivasiya olacağı ehtimal olunur”. Xatırladaq ki, bundan öncə martın sonundakı bir açıqlamasında  Pol Qobl “ABŞ “erməni soyqırımı”nı tanısa təəccüblənərəm” fikrini ifadə etmişdi. Moderator.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …