Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Türkiyə Prezidenti məcburi köçkünlərə çağırış edib

Türkiyə Prezidenti məcburi köçkünlərə çağırış edib

“Qarabağ Zəfərindən kimsə narahat olmasın. Çünki bu Zəfər ədalətin, barışın, qəlbin Zəfəridir”.

“Report”un iclasda iştirak edən müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğan Azərbaycan Milli Məclisində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Qarabağın hər küncünə sükut və ümid hakim olub:

“İnşallah sonrakı gəlişimizdə evlərindən didərgin düşən insanların yerlərinə qayıdışının sevincini yaşayacağıq. Onlara mən də çağırış edirəm. Sizin evləriniz bərpa olunur. Bir müddət sonra evinizə qayıdacaqsınız”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …