Ana səhifə / Siyasət / “TÜRKİYƏ İTTİFAQI” ALINMADI – ŞƏRH

“TÜRKİYƏ İTTİFAQI” ALINMADI – ŞƏRH

İstanbul Böyükşəhər Bələdiyyə Başkanı seçkilərinin nəticələrinin ləğv olunmasını tanınmış ekspert, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib.

“Türkiyə Yüksək Seçim Kurulunun (YSK) İstanbulda bələdiyyə seçkilərinin nəticələri ləğvi və 23 iyunda yenidən seçkinin keçirilməsi barədə qərarı o deməkdir ki, Türkiyə həmin tarixə qədər yenidən kəskin siyasi mübarizə dövrünə qədəm qoyacaq. Halbuki, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan özü demişdi ki, seçki arxada qaldı, növbəti 4 il yarımda ölkədə seçki olmayacaq, problemlərin həlli ilə məşğul olmaq lazımdır və “Türkiyə ittifaqına” ehtiyac var. “Türkiyə ittifaqı” ən azı bir ay təxirə salınır…

Hakim Ədalət və İnkişaf Partiyasının əsas iradı budur ki, əgər məntəqələrin yalnız bir hissəsində yenidən sayım əsasında qələbə çalan CHP namizədi Əkrəm İmamoğlunun səsləri 26 mindən 12 min nəfərə qədər düşdüsə, demək bütün məntəqələr hesablansaydı, nəticə hakim partiyanın namizədi Binəli Yıldırımın hesabına dəyişərdi. Məntiq var. Sadəcə sua olunur: Hər məntəqədə müşahidə aparan AKP nümayəndələri bu saxtakarlıqlara niyə göz yumub yekun protokollara imza atıblar? YSK-nın yeni qərarı Türkiyədə gələcək seçkilərdə istənilən nəticənin şübhə altına alınmasına şərait yaradacaq. Tam şəffav seçkilər keçirmək çətin olacaq. İstanbulda yenidən seçki keçirmək mənfi presedent yaradacaq.

İkincisi, hakim partiya YSK-da da Gülən izi tapıb. İstanbul prokurorluğu YSK-da çalışan 43 nəfərin Gülən şəbəkəsi ilə bağlılığına dair cinayət işi açıb. Bununla hakim partiyanın iddiasından vahim mənzərə ortaya çıxır: Gülən şəbəkəsi Türkiyədə seçkinin nəticələrinə də təsir edəcək gücdə imiş. Görünür, YSK sədri fərqli qərar versəydi Gülən şəbəkəsinin təsiri altında olmaq şübhəsindən də çəkinə bilərdi.

elxan şahinoğlu ile ilgili görsel sonucu

Elxan Şahinoğlu

Beləliklə, 23 iyuna qədər Türkiyə yenidən mübarizə meydanına çevrilir. Əsas suallardan biri budur: AKP və CHP yenədəmi eyni namizədləri irəli sürəcəklər? CHP təkrar seçkiyə razılaşsa namizədi yenə Əkrəm İmamoğlu olacaq. AKP-nin namizədinin yenə Binəli Yıldırım olacağı haqqında fikir söyləmək çətindir. Əslində keçən dəfə də Əkrəm İmamoğlu Binəli Yıldırımla yox Rəcəb Təyyub Ərdoğanla yarışdı. Bu dəfə də belə olarsa bu o demək olacaq ki, Ərdoğan namizədlərinə güvənmir və hesab edir ki, özü meydanlarda olmasa partiyası seçkidən qələbə qazana bilməyəcək. Əslində bu həqiqətən belədir. AKP yalnız Ərdoğanın xarizması üzərində reytinqini qorumağa çalışır.

TÜRKİYe ysk ile ilgili görsel sonucu

Türkiyə mağdur siyasətçiləri sevir. Vaxtilə Rəcəb Təyyub Ərdoğanın elə İstanbul bələdiyə başçısı qismində mağdur duruma düşməsi və bir neçə sətrlik şeirə görə 6 ay həbsdə yatması onun ulduzunun parlamasına və Cumhurbaşqanı məqamına qədər məsafə qət etməsinə yol açdı. İndi mağdur duruma Əkrəm İmamoğlu düşüb. Bəlkə də AKP özü də fərqinə varmadan Əkrəm İmamoğlunun bir siyasətçi olaraq güclənməsinə yol açır”. Musavat.com

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …