Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Türkiyə ilə Rusiya arasındakı gərginlik yenidən qayıdır? – Rəy

Türkiyə ilə Rusiya arasındakı gərginlik yenidən qayıdır? – Rəy

Martın 5-də Türkiyə ilə Suriya arasında Moskvada aparılan danışıqlar və yekunda imzalanan anlaşma müşahidə olunan gərginliyi nisbətən aradan qaldırıb. Ən azından atəşkəs elan olundu və türk əsgərlərinin Suriya torpaqlarında şəhid olması xəbərləri səngiyib. Əslində Moskvada imzalanan məlum müqavilə Soçidə imzalanan razılaşmanın davamı kimi də qiymətləndirilə bilər. Sadəcə olaraq sonuncu razılaşmada şərtlər müəyyən qədər Türkiyənin əleyhinə oldu.

Bu fikirləri Teleqraf.com-a politoloq Oqtay Qasımov Türkiyə və Rusiya arasında Suriyanın İdlib vilayəti ətrafında yaranan vəziyyətlə bağlı imzaladığı razılaşma və onun mümkün nəticələrini şərh edərkən deyib.

Mütəxəssis xatırladır ki, tərəflər arasında əsas problem M4 və M5 magistral yollarla bağlı yaranmışdı: “2018-ci ildə M5 yolu Türkiyənin nəzarətinə verilmişdi. Bu yol Suriyanın iki böyük şəhərini birləşdirir. Suriyanın iqtisadi mərkəzi olan Hələblə siyasi mərkəz olan Dəməşqi birləşdirən yoldur. M4 şosesi isə Hələblə Lazkiyəni birləşdirir, eyni zamanda Aralıq dənizinə çıxışı olan şosedir. İndiki durumda Türkiyə M4 yolunu Rusiya ilə bərabər 6 kilometrlik dəhliz olmaqla patrul xidməti həyata keçirəcək. M5 şosesi isə tamamilə Rusiya və Bəşər Əsəd rejiminin nəzarətinə keçir”.

Oqtay Qasımov hesab edir ki, Moskvada tərəflərin atəşkəs əldə etməsinə baxmayaraq ümumən məsələnin həll edildiyini demək olmaz. Onun fikrincə, İdlib vilayətində terror qruplarının zərərləşdirilməsi prosesi xeyli zaman aparacaq. Və orada Rusiya ilə Türkiyənin Suriyanın bu günü və gələcəyinə yönəlik fikir ayrılıqları var. Bu fikir ayrılıqları ortadan qalxmayana qədər bu və ya digər mərhələdə Türkiyə ilə Rusiya arasında gərginləşmələr müşahidə olunacaq. Və sözsüz ki, bu sonda tərəflərin yumşalması ilə müşahidə ediləcək. Mən deməzdim ki, bu gərginlik tam qarşıdurma vəziyyətinə gedib çıxacaq, amma gərginliklər zaman-zaman yaçanacaq. Bu, xüsusilə, Suriyada hakimiyyətdə olan indiki rejimlə bağlı məsələdir. Çünki Bəşər Əsəd rejiminə Türkiyə və Rusiyanın baxışları ilə münasibətləri fərqlidir”.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …