Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Siyasət / Türkiyə ilə Çexiya arasında qalmaqal

Türkiyə ilə Çexiya arasında qalmaqal

Rəsmi Ankara YPG terror təşkilatının sabiq lideri Salih Müslümün azad edilməsinə görə Çexiyaya etiraz edib.
AzVision.az-ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə Baş nazirinin köməkçisi Bəkir Bozdağ Çexiya məhkəməsinin qərarının hüquqa zidd olduğu deyib. O, bildirib ki, terror liderinin azad edilməsi Türkiyə-Çexiya münasibətlərinə təsir göstəərəcək.

“Bu qərar terror təşkilatına dəstəkdir. Əlbəttə, bu, Çexiya ilə münasibətlərimizə təsir edəcək. Salih Müslüm bir çox insanın, o cümlədən vətəndaşlarımızın qətlində əli olan terrorçudur. Bu, səhv qərardır və siyasi motivlər daşıyır, biz onu yolverilməz hesab edirik”, – deyə Bozdağ jurnalistlərə bildirib.

Qeyd edək ki, beynəlxalq axtarışa verilən YPG-nin keçmiş lideri S.Müslüm Çexiyanın paytaxtı Praqada saxlanılmışdı.

Həmçinin oxuyun

MSK Azadlıq Partiyasını niyə siyahıdan çıxarıb? – Açıqlama

Mərkəzi Seçki Komissiyasının (MSK) 2023-cü ilin yekunu ilə bağlı açıqladığı məlumata görə Azərbaycanda dövlət qeydiyyatına …