Azərbaycan Xalq Cəbhəsi Partiyasının da (AXCP) təmsil olunduğu Milli Şura ilə ReAl Partiyası arasında gərginlik davam edir.
“Report”un
xəbərinə görə, ReAl-ın icraçı katibi Natiq Cəfərli bildirib ki, Milli
Şura ona və ReAl-a qarşı qarayaxma, çamuratma kampaniyasına başlayıb.
N.Cəfərlinin
sözlərinə görə, bir qrup insan (sayları 100-ü keçmir, sadəcə, hər
birinin də “Facebook”da 4-5 saxta profili var) küy yaradaraq fikir
formalaşdırmağa çalışırlar: “Bu kampaniya birbaşa Milli Şura
rəhbərliyənə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və
yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı
olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində
olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Fərqli düşünən
görəndə, sanki, havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq
satqın söhbəti salırlar. Müsavat Partiyası 2013-cü ildə Milli Şuradan
çıxanda eyni kampaniyanı onlara qarşı da apardılar. Bu insanlar
anlamırlar ki, indiki hakimiyyətə qarşı nə qədər çoxsəsli və müxtəlif
müqavimət mərkəzləri olsa, bir o qədər onların özlərinə xeyirdir. Çünki
hamını gözdən salıb ortada tək qalsalar, zatən zəif durumları daha pis
vəziyyətə düşəcək, məhv olacaqlar, hakimiyyət bütün gücünü tək onlara
yönəldəcək. Bu o qədər aydın məntiqdir ki, anlamırlarsa, deməli,
beyinləri yoxdur. 25 ildi xalqı dolayanların, aldadanların ritorikası
ilə danışım? “Gəlirik, “Az qaldı”, “Hakimiyyət çökür”, “Hamısı qaçmağa
hazırlaşır” beləmi danışım?! Mən belə məsuliyyətsiz və populist ola
bilmirəm, siyasət budursa, tüpürüm belə yalan və pafos üzərində qurulmuş
siyasətə. Biz həmişə çamur atanlara və qara yaxanlara cavab olaraq belə
yazılar yazırıq”.
Ana səhifə / Siyasət / “Tüpürüm belə yalan və pafos üzərində qurulmuş siyasətə” – ReAl Partiyası Milli Şura və AXCP-yə sərt cavab verib
Həmçinin oxuyun
“G7” ölkələrindən Bakı və Yerevana çağırış
“G7” ölkələri Bakı və Yerevanı davamlı sülhə nail olmağa çağırıb. Qurum bölgədə gərginliyin yolverilməz olduğunu …