Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Travmatologiya və Ortopediya İnstitutun rəhbəri işdən çıxdı

Travmatologiya və Ortopediya İnstitutun rəhbəri işdən çıxdı

Ötən həftənin sonunda Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rəhbər dəyişikliyi olub.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova virtualaz.org saytına bildirib ki, avqustun 18-də institutun direktoru Vaqif Verdiyev öz ərizəsi ilə işdən azad edilib. Səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə İlqar Qasımov onun yerinə təyin olunub.

İ.Qasımov bir neçə özəl klinikada çalışıb və son iş yeri institut olub.

Qeyd edək ki, Vaqif Verdiyevlə bağlı virtualaz.org saytının redaksiyasına, o cümlədən nazirliyin “qaynar xətt” xidmətinə şikayət edilmişdi. Nazirlik daxil olan şikayəti araşdırıb və tədbir görüb.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın