Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Trampı öz klipində oynadan Azərbaycanlı müğənni – VİDEO

Trampı öz klipində oynadan Azərbaycanlı müğənni – VİDEO

ABŞ-da prezident seçkilərinin nəticələri açıqlanıb. Respublikaçılar Partiyasının namizədi Donald Tramp ABŞ-ın yeni prezidenti seçilib.
 
Qaynarinfo.Az xəbər verir ki, yeni seçilmiş prezident 2013-cü ildə Emin Ağalarovun “İn Another Life” (“Başqa həyatda”) klipində iştirak edib.
“İn Another Life” klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış müğənni dünya gözəllərinin çevrəsində təsvir edilir.
Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp meydana çıxır.
Xatırladaq ki, Donald Tramp Seçicilər Kollegiyasının 277 səsini, onun demokrat rəqibi Hillari Klinton isə 215-ni toplayıb.
Qaynarinfo.Az həmin klipi təqdim edir:

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın