Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tramp teleşousundan qovduğu bu xanımı Ağ Evə gətirmək istəyir

Tramp teleşousundan qovduğu bu xanımı Ağ Evə gətirmək istəyir

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp elə özünün apardığı “Usta yardımçısı” teleşousunun keçmiş iştirakçısına Ağ Evdə vəzifə təklif etmək niyyətindədir.

“Report” xəbər verir ki, Omarosa Maniqolun (Omarosa Manigault) işi administrasiyanın fəaliyyətində ictimaiyyətin iştirakı ilə bağlı olacaq. Amma vəzifənin dəqiq adı və öhdəlikləri barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, O.Maniqol D.Trampın seçkiqabağı kampaniyasının fəal iştirakçısı olub. Bundan əlavə, xanım Maniqol buna qədər artıq ABŞ administrasiyasında işləyib – demokrat-prezident Bill Klintonun aparatında o, işçi qəbulu sahəsində çalışıb, Ticarət Nazirliyinin əməkdaşı olub, eləcə də o vaxtkı vitse-prezident Albert Qorun yanında köməkçi olub.

Əlavə edək ki, 2004-cü ildə “Usta yardımçısı” teleşousunun başlamasından az sonra D.Tramp onu proqramdan uzaqlaşdırıb. Şou yenidən efirə qayıdanda O.Manigol yenə layihədə yer alıb, amma daha 2 dəfə – 2011 və 2013-cü illərdə işdən azad edilib.

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın