Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Topdansatış mərkəzləri siqaret satışını dayandırdı – Reportaj

Topdansatış mərkəzləri siqaret satışını dayandırdı – Reportaj

Xəbər verdiyimiz kimi, bu gün siqaretlərin pərakəndə satış qiyməti dekabrın 21-də Mərkəzi Bankın İdarə Heyətinin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra ikinci dəfə kəskin qaldırılıb.

Azinforum.az Virtualaz.org-a istinadən xəbər verir ki, səhər saatlarında baş verən qiymət artımından sonra metronun “28 May” stansiyasının yaxınlığındakı əsas topdansatış mərkəzlərində siqaret satışı dayandırılıb.

Topdansatış mərkəzinin satıcısı Aydın Məmmədov bildirib ki, firmalar bu gün səhərdən qiymət artımı ilə bağlı məlumat veriblər: “Qiymətlər təxminən 20-50 qəpik arasında dəyişir. Yəqin ki, yaxın zamanlarda şərab, araq və pivələrin qiyməti də artacaq. Çünki siqaret bahalaşan kimi spirtli içkilərin qiyməti də dəyişir”.

Topdansatış mərkəzinin digər satıcısı Nəsib Alıyev bu gün sifariş qəbul edildiyini dedi: “Qiymət dəyişəndən sonra müəyyən çaşqınlıq yaranır. Amma sifariş verə bilmirik. Ümid edək ki, bu sonuncu addım olsun. Dollar 2 manatadək bahalaşarsa, yenidən qiymət artımına gedəcəklər”.

Nəsimi rayonu, Dilarə Əliyeva küçəsindəki bütün mağazalarda siqaret satışı dayandırılıb. Mağazaların vitrinindən siqaretlər yığışdırılıb.

Mağazanın satıcısı Səbinə Hüseynova firmaların bu gün siqaret gətirmədiyini dedi: “Bu gün siqaret gətirməyiblər. Qiymətlər tam müəyyənləşəndən sonra satış olacaq. Bizə təxminən 18-20 faiz bahalaşma olacağını dedilər. Hələlik gözləyirik”.

“Arzum” mağazasının satıcısı da siqaret satmadıqlarını söylədi: “Biz siqaret satışını dayandırmışıq. Sabah satılıb-satılmayacağını da bilmirik”.

Siqaret bahalaşandan sonra əksər köşklər də satışı dayandırıb. Bəzi köşklərdə isə yeni qiymətlər tətbiq edilir.

“28 May” küçəsindən Nizami küçəsinə qədər 6 köşk var. Siqaretlərin tək-tək satışı 30-35 qəpiyədir. Qiymətlər isə 50-60 qəpik bahalaşıb.

Metronun “28 May” stansiyasının qarşısındakı köşkün Əli adlı satıcısı qiymət artımının alıcılar tərəfindən narazılıqla qarşılandığını dedi: “Alıcılar elə bilirlər ki, qiymətləri biz artırmışıq. Çoxu narazılıq edirlər, hətta söyənlər də var. Artıq alıcı qıtlığı hiss olunur”.

“Winston Classik” 50 qəpik bahalaşaraq 3 manat 20 qəpik olub. “Davidoff” 3 manat 50 qəpik, “Davidoff”-qalın 3 manat 80 qəpik, “West” 2 manat 60 qəpikdən satılır. “Kent” siqaretləri 3 manat 50 qəpikdən – 4 manatadəkdir. “Viceroy” siqaretlərinin qiyməti 1 manat 50 qəpik- 2 manat 20 qəpik arasında dəyişir.

“Neptun” marketin Nəsimi şöbəsində siqaret satışı var. Lakin vitrində qiymət vurulmayıb. Siqaretlərin yeni qiymətlə satıldığı yalnız alış zamanı məlum olur.

Bir daha qeyd edək ki, siqaretin bahalaşması ilə bağlı açıqlama yayılıb. Açıqlamadan belə bəlli olur ki, bu qiymət artımı ilin axırıncı bahalaşması olmaya bilər.

Hələlik isə satıcılar da narazıdılar, alıcılar da…

 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın