Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Tofiq Zülfüqarov: “Aİ Ermənistana pul ayıracaq ki, Azərbaycanla…”

Tofiq Zülfüqarov: “Aİ Ermənistana pul ayıracaq ki, Azərbaycanla…”

Yaxın zamanda Azərbaycan və Ermənistan tərəfindən regional kommunikasiyaların bərpası istiqamətində müyyən addımların atalacağı gözlənilir. 

Qeyd edək ki, mayın 14-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında növbəti görüş baş tutub. Şarl Mişelin mətbuata verdiyi açıqlamasına görə, görüşdə bir sıra mühüm məsələlər ətrafında ətraflı müzakirələr aparılıb.

O qeyd edib ki, hər iki tərəf müəyyən məsələlərdə, xüsusilə ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılmasında mövqelərini bir-birinə yaxınlaşdırıblar. 

“Onlar komandalarına dəmir yolu əlaqələrinin açılması və konkret vaxt cədvəli ilə birlikdə zəruri tikinti işlərinin aparılması ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırığı veriblər. Onlar, həmçinin bu işdə Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə razılığa gəliblər”, – deyə Mişel bildirib. 

Məsələ ilə bağlı keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya şərhində bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan arasında regional kommunikasiyaların bərpasında maraqlıdır:

“Birinci onu qeyd eləyim ki, Ermənistan tərəfi bu yolun açılması və bundan davamlı istifadə barədə həmişə öz hazırlığını nümayiş etdirib. Lakin əsas söhbət bu kommunikasiyanın hansı şəraitdə tətbiq olunmasına fokuslanıb. Bildiyimiz kimi, 10 noyabr sənədində açıq şəkildə qeyd olunur ki, Azərbaycanın qərb əraziləri ilə Naxçıvanı birləşdirən nəqliyyat yolları eksterritorial xarakter daşıyan kommunikasiya olmalıdır. Bu kommunikasiya xətlərinə isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhədçiləri nəzarət etməlidir. Bəli, elə vaxtlar olub ki, Ermənistan rəhbərliyi 10 noyabr Bəyanatının 9-cu maddəsindən irəli gələn öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır və razılıq vermirdi. 

Amma indi siyasi vəziyyət müəyyən mənada dəyişib. Hesab edirəm ki, Avropa İttifaqı kommunikasiyanın Ermənistan ərazisindən keçən hissəsində infrastrukturun qurulmasına sərmaye yatırmaq niyyətindədir. Azərbaycan tərəfi onsuz da ərazisində öz vəsaiti hesabına nəqliyyat yollarını təmir edir, lakin Ermənistanın buna imkanı yoxdur. Ona görə də Avropa İttifaqı bunu çox yaxşı başa düşür və Ermənistana bu məsələnin öhdəsindən gəlməsi üçün maliyyə yardımı etmək istəyir”. 

T. Zülfüqarov digər məsələyə də diqqət yetirməyi vacib hesab edir:

“Şarl Mişel açıq şəkildə bildirib ki, Azərbaycan və Ermənistan arasında regional kommunikasiyaların yenidən qurulmasında Ümumdünya Gömrük Təşkilatı da iştirak edəcək. Əlbəttə, bu təşkilatın iştirakı ilə ərazidə xüsusi münasib şərait yaranacaq. Azərbaycan da bunu istəyir. Bu məsələ ətrafında müzakirələr davam edəcək. Azərbaycandan Naxçıvana yüklərin manesiz və təhlükəsiz daşınması üçün Ermənistanın həmin bölgəsində xüsusi bir şərait yaranmasına ehtiyac var”. 

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …