Ana səhifə / Siyasət / “Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi vətəndaş qarşıdurmasına münbit zəmin yaratmağa xidmət edir”

“Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi vətəndaş qarşıdurmasına münbit zəmin yaratmağa xidmət edir”

Azərbaycan Milli İstiqlal Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir: “AMİP Tofiq Yaqublunun vəhşicəsinə döyülməsi faktının ictimai narazılıqları artırmaqla vətəndaş qarşıdurmasına münbit zəmin yaratmağa xidmət etdiyini bəyan edərək, bu cür hərəkətləri adi bir cinayət hadisəsi yox, Azərbaycan dövlətçiliyinə qarşı sui-qəsd və təxribat olaraq dəyərləndirir.

Tofiq Yaqublunun döyüldükdən sonra saxlanılmaması və dolayısı ilə işgəncənin izlərini isti-isti ictimailəşdirməyə şərait yaradılması da heç bir halda təsadüf kimi qəbul olunmamalı, ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən ölkəmizlə bağlı insan haqlarına dair yeni-yeni qətnamələrin qəbul olunmasına şərait yaradılması kimi qiymətləndirilməlidir.

Azərbaycan Milli İstiqlal Partiyası müvafiq dövlət qurumlarından Tofiq Yaqubluya qarşı törədilmiş vəhşiliyi və eləcə də Azərbaycana qarşı olan təxribatı dərhal araşdırmağı və kimliyindən asılı olmayaraq, təşkilatçıların və  cinayətkarların ən ağır şəkildə cəzalandırılmasını tələb edir”.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …