Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq

Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə “Report”a institutdan məlumat verilib.
İnstitutdan həmçinin bildirilib ki, akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında saat 12:00-da keçiriləcək.
Qeyd edək ki, Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva bu gün səhər dəm qazından zəhərlənib. T.Hacıyev ölüb, həyat yoldaşı isə hazırda komadadır.

 

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …

Bir cavab yazın