Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Terror Parisi dağıdır: azı 160 ölü! Girovların xilası əməliyyatı dəhşətlə bitdi!

Terror Parisi dağıdır: azı 160 ölü! Girovların xilası əməliyyatı dəhşətlə bitdi!

Parisdə öldürülən terroristlərin sayı 8-ə çatıb. Musavat.com fransız mediasına istinadən xəbər verir ki, onlardan 7-sinin özünü şəhid kəməri ilə partlatdığı ortaya çıxıb.

***

Frans Pressin yaydığı məlumata görə 200-ə yaxın yaralı var. Onlardan 80-nin vəziyyəti ağırdır. Parislilər evlərinə çəkiliblər, sosial şəbəkələrdə verilən elanlarda evi olmayan şəxslərə gecələmək üçün yardımlar təklif olunur.

***

Paris şəhər prokuroru Fransua Molens terror aktlarının şəhərin beş nöqtəsində törədildiyini deyib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, prokuror əhalini ehtiyatlı olmağa çağırıb. Onun sözlərinə görə terrorçuların bir qismi məhv edilsə də, bir neçəsi qaçmağa nail olub və onlar yeni terror aktları törədə bilər.

***

Fransanın BFM telekanalı Parisdəki hadisələrlə bağlı daha bir dəhşətli rəqəm açıqlayıb. Telekanalın məlumatına görə, girovların saxlanıldığı Bataclan teatrına güc strukturlarının hücumu zamanı azı 100 nəfər ölüb.

***

Parisdəki atışma və partlayışlar nəticəsində 60 nəfər ölüb. Musavat.com xəbər verir ki, məlumatı TASS Paris polisinə istinadən yayıb.

***

Parisdə ölənlərin sayı 40 nəfərə çatıb. Musavat.com xəbər verir ki, məlumatı “Əl Ərəbiyə” Fransa polisinə istinadən yayıb.

***

Parisin “Stade de France” stadionu yaxınlığında bir neçə partlayış qeydə alınıb. Partlayışlar və atışma nəticəsində azı 18 nəfər ölüb.

 

Musavat.com-un BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Paris polisinin prefekturasından bildiriblər.

 

Digər məlumata əsasən isə paytaxtın “Bataklan” konsert zalında  naməlum şəxslər tərəfindən girov götürülənlər var.

 

Partlayışlar Fransa-Almaniya yoldaşlıq matçı zamanı baş verib.

 

BFM TV telekanalının xəbərinə görə, Fransa prezidenti Fransua Olland görüşü izləmək üçün stadionda olub.

****

Mühacir jurnalist Elbəyi Həsənli isə musavat.com-a bunları yazıb, yollayıb: “Bu gün axşam saatlarında Parisdə terror aktı həyata keçirilib. CNN bildirib ki, terrorçular AK-47 avtomatından istifadə ediblər. Hadisə ” Stade de France” stadionunda baş verib. Orada Fransa ilə Almaniya arasında yoldaşlıq görüşü keçirilirmiş. Futbola tamaşa edənlər arasında Fransa prezidenti Fransua  Olland (Hollande) olub. Hadisədən dərhal sonra o, Daxili İşlər Nazirliyinə yollanıb. Stadionda bir neçə partlayış olub. Son məlumata görə 40 nəfərdən çox adam ölüb. Terror hadisəsinin səbəbinin İslam peyğəmbərinin yenidən təhqir olunması ilə bağlı olduğu iddia olunur…”

Artıq Fransa hökuməti rəsmən məlumat yayııb ki, prezident Olanda sui-qəsd cəhdi olub.

****

“Dailymail” yazır ki, terrorçular 100 nəfər girov götürüb.

Fransa polisi bildirib ki, girovlar  Bataclan adlanan Musiqi Mərkəzində saxlanılır.

***

Rue Bichat adlı restoranda da terrorçular avtomatlardan atəş açıblar. Onlar “Allahu Əkbər” deyərək bağırdıqdan sonra ətrafı gülləbaran ediblər.

***

“Liberation” şahidlərə istinadən yazır ki, iki terrorçu maşından düşərək küçədən keçənlərə atəş açıb, sonra yenidən maşına minərək hadisə yerindən qaçıblar. Ölənlər arsında plastik qablardakı zibili atmaq üşün həyətə çıxan gənc də var. Güllələr onun sinəsini parçalayıb.

***

Fransa prezidenti Fransua Olland çıxış edib. O, ölkədə fövqəladə vəziyyət elan edib, sərhədləri bağlayıb. Bu, İkinci Dünya müharibəsindən sonra Fransa tarixində ilk hadisədir ki, ölkədə fövqəladə vəziyyət elan olunur.  Fransa prezidenti bildirib ki, Parisə ordu hissələri yeridilib.

Fransa polisi Paris sakinlərinə müraciət edib. Müraciətin məzmunu “evlərinizdən çıxmayın, təhlükədən yayınmaq üçün evlərinizdə qalın” kimidir.

***

ABŞ prezidenti Barak Obama Paris hadisələrinə dərhal münasibət bildirib: “Bu təkcə Parisə qarşı yönələn terror aktı deyil, bu terror təkcə Fransaya qarşı da deyil, həm də bütün bəşəriyyətə və unversal bəşəri dəyərlərə qarşı terror hücumudur” .

***

Hadisənin şahidlərindən biri deyib: “İlk partlayışa biz heç önəm vermədik. Düşündük ki, bu sadəcə bir fişəngdir. İnsanlar heç yerlərindən tərpənmədilər də. Ancaq az sonra hamı qaçmağa başladı..”

 

****

Terror hadisəsinin İŞİD tərəfindən həyata keçirildiyi iddia edilir.

***

Şahidlərin verdiyi məlumata görə, Parisin Bataclan teatrında insanları girpv götürən terrorçular “Bu, Suriyaya görədir” qışqırıblar. Məlumatı “Euronews” yayıb.

Naməlum şıxslər Bataclan teatrında azı 100 nəfəri girov götürüblər.

***

“Frans Press” xəbər verir ki, “Stade de France” stadionu yaxınlığındakı partlayışlardan birini terrorçu-intiharçı törədib.

***

“Reuters” agentliyi Fransanın TF1 kanalına istinadən bildirir ki, stadionda 35 nəfər öldürülüb. Terror aktını törədən 2 nəfər də təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib. Agentlik biıdirir ki, terroru İŞİD törədib.

***

“Lefigaro” yazir ki, Bataclan teatrındakı şahidlərin dediyinə görə, 2-3 nəfər maskasiz gənc teatra girib və atəş  açib. Təxminən 10 dəqiqə ərzində terrorçular 3 avtomat darağını dəyişiblər. Məlumatlara görə, burada 22 nəfər ölüb. Girovların yaxınları CNN-ə deyiblər ki, onlar içəridən dəhşətli məlumatlar alırlar. Yaxınları onlara mobil telefonlarla yazır ki, girovlar bir-bir öldürülür.

“Lefigaro”: “Təhlikəsizlik qüvvələri Bataklan teatrında (bəzi mənbələr buranı gecə klubu kimi yazırlar) girovları azadetmə əməliyyatına başlayıblar. İçəridən atəş və partlayış səsləri eşidilir. Şahidlər 4 böyük partlayışın eşidildiyini deyirlər.

****

Dünyanın əksər ölkələrinin prezidentləri terrorla bağlı bəyanat verərək, onu lənətləmiş, Fransa xalqının yanında olduqlarını bəyan ediblər. Onların sırasında Türkiyə prezidenti Ərdoğan da var.

***

BFM telekanalının məlumatında görə, Parisdə “Bataclan” teatrına hücum başa çatıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən azı iki terrorç öldürülüb.

Jurnalistlərə teatr binasına hücumdan canlı yayım etmək qadağan olunub.

Hazırda teatr binasından tüsü qalxır. Binadan mələfəyə bürünmüş yaralılar daşınır.

***

Fransa prezidenti Fransua Olland Türkiyədə keçiriləcək G-20 sammitinə qatılmayacaq. Məlumatı Türkiyənin NTV telekanalı yayıb. Fransua Ollandın yaxın saatlarda Müdafiə Şurasının toplantısını keçirəcəyi gözlənilir.

Musavat.com

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın