Ana səhifə / Siyasət / Tarasov ermənilərə: “Su içdiyiniz quyuya tüpürdünüz, bu sizə fəlakət gətirəcək”

Tarasov ermənilərə: “Su içdiyiniz quyuya tüpürdünüz, bu sizə fəlakət gətirəcək”

“Ermənistanla Azərbaycan sərhədində real potensial gərginlik mənbəyi formalaşır”.

Bunu Ermənistanın “Hraparak” qəzetinə müsahibəsində Stanislav Tarasov deyib.

“Ermənistanla Azərbaycan arasında sülh prosesinə kimin vasitəçilik etdiyi sualı var: Qərb, yoxsa Moskva? Bu yaxınlarda Ararat Mirzoyanın səfərindən sonra belə bir təəssürat yaranmışdı ki, razılıq əldə olunub və Ermənistan Moskvanın tərəfinə qayıdıb. Amma Qərbdən Şərqə və əksinə dalğalanmalar qeyri-sabit vəziyyət yaradır”, – ekspert bildirib.

Son zamanlarda bölgədə gərginliyin artdığını iddia edən Tarasovun fikrincə, olaylar bu şəkildə davam edərsə, bu, lokal silahlı qarşıdurmaya səbəb ola bilər:

Tarasov Ermənistanın Qərbə üz tutmasının bölgədə gərginliyə səbəb olduğunu iddia edib:

“İrəvan Qərbə üz tutduqdan və bölgədə avropalı müşahidəçilər peyda olanda ermənilər üçün o ssenari başladı. İndi xahiş edin, qoşun göndərsinlər. Makron sizə vəd, Mişel söz verdimi? Yaxşı, indi qoy qoşunlarını gətirsinlər. Rusiyadan, Azərbaycandan asılı olmayan Ermənistanın fransız və ingilislərlə muxtariyyət müqaviləsi imzalamasına nə mane olur? Suriya Rusiya ilə imzalanıb və Rusiya öz qoşunlarını Suriyaya göndərib. Siz də imzalamalısınız”.

Politoloq Ermənistandakı anti-Rusiya atmosferinə də toxunub: “Bu, su içdiyiniz quyuya tüpürmək kimi bir şeydir”.

Tarasov Ermənistan hakimiyyətinin mövcud xarici siyasət xəttinin bu ölkə üçün fəlakətə səbəb olacağını iddia edib.

“Ermənistanla Azərbaycan sərhədində (Laçın istiqamətində) real potensial gərginlik mənbəyi formalaşır, yəni sabitlik pozulur. İkincisi, Rusiyanın həyata keçirməyə çalışdığı Şimal-Cənub layihəsi uğursuzluğa düçar olur, Ukraynadakı duruma görə nəqliyyat-kommunikasiya təcridi yaranıb. Nəticədə Şimal-Cənub marşrutu istiqamətində aktivlik vardı, bu səbəbdən də bölgədə gərginliyin yaranması təsadüfi deyil”.

Rus ekspert ermənilərin sülh prosesini Qərbə yönəltməyə çalışdıqlarını deyib: “Azərbaycanın niyə Rusiyanın sülhməramlı missiyasına qarşı olduğunu başa düşmək olar. Çünki Qarabağı özününkü hesab edir. Bəs Ermənistan niyə buna qarşı çıxır?” Teleqraf.com

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …