Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tanınmış kinoşünas Aydın Dadaşov vəfat etdi

Tanınmış kinoşünas Aydın Dadaşov vəfat etdi

Tanınmış kinoşünas Aydın Dadaşov vəfat edib.
Yaxınlarının APA-nın verdiyi xəbərə görə, o, ürək çatışmazlığından ölüb.
Vida mərasimi mərhumun Xırdalandakı evində keçiriləcək. Kinoşünas həyat yoldaşının yanında dəfn olunacaq.
Qeyd edək ki, 65 yaşı bu il martın 2-də tamam olan A. Dadaşov əməkdar incəsənət xadimi, Dövlət Mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor olub. Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kino və televiziya” fakültəsinin “Kinoşünaslıq” kafedrasına rəhbərlik edib.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …

Bir cavab yazın