Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tanınmış hərbi ekspert  jurnalist Nahid Canbaxışın yazısına cavab verdi – REAKSİYA

Tanınmış hərbi ekspert  jurnalist Nahid Canbaxışın yazısına cavab verdi – REAKSİYA

Azinforum.az bildirir ki, MTN ətrafında cərəyan edən son hadisələr Qarabağ döyüşçüsü İbad Hüseynov mövzusu ətrafındakı polemikaları yenidən aktuallaşdırıb.  Saytımızda tanınmış jurnalist Nahid Canbaxışın  bu mövzuya həsr etdiyi müəllif yazısı yayınlanıb. Qeyd etmək istəyirik ki, həmin yazı saytın mövqeyni əks etdirmir, müəllifin şəxsi qənaətidir. Monte Melkonyanın kimin öldürməsi ilə bağlı Azinforum.az olaraq bizim də araşdırmalarımız olub. Həmin mövzu ətrafında gəldiyimiz qənaət hörmətli həmkarımız Nahid Canbaxışın fikirlərindən kəskin fərqlənir.  Ancaq istənilən mövzuda sağlam polemikanın tərəfdarı olduğumuz səbəbindən fərqli fikirləri  saytımızda yamaq siyasətinə üstünlük veririk. Nahid Canbaxışın yazısına tanınmış hərbi ekspert, Qarabağ müharibəsinin iştikaçısı Üzeyir Cəfərovdan da reaksiya gəlib. Məmnuniyyətlə həmin yazını da təqdim edirik:

“Dəyərli dostlar, hörmətli həmkarlar!!
Aşağıda paylaşdığım yazı diqqətimi cəlb etdiyinə görə onu oxudum və bəzi qeydlərimi Sizlərlə də bölüşmək istərdim.
Əvvala, hörmətli Nahid Canbaxışın belə əsəbi, belə isterik çıxışı anlaşılan deyil. Azərbaycanda heç kimin cürəti çatmaz ki, Qarabağda döyüşmüş, can qoymuş İbad Hüseynovun haqqını tapdalasın və onu aşağılasın. Sadəcə bu erməni yaramazı Melkonyanla bağlı məsələ uzun müddətdir ki müzakirə və mübahisə mövzusu doğurduğundan, mən də fikrimi yazmışam ki, bəli, İbad qardaşımız bu erməni alçağın öldürülməsində iştrak etməyib. Bunu konkret faktlar və sübutlar deyir. Onu cəhənnəmə vasil edən şəxslərin ikisi hal-hazırda Tanrının dərgahındadılar, biri isə şükürlər olsun ki, sağdır.

O ki qaldı İbadın Monte Melkonyanı guya öldürməsi məqamının Prezident Adminstrasiyasının rəhbəri hörmətli Ramiz Mehtiyevin kitabında bu haqda qeyd olunmasına, burada təəccüblənəsi nə var ki? Ölkənin bəzi güc strukturlarının rəhbərləri doğru-düzgün olan məlumatı deyil, yanlış məlumatı Ramiz müəllimin kitabına düşməsinə səbəbkar olublar. Bundan da faciə düzəltmək lazım deyil. İndi şükürlər olsun ki, bu məsələ ilə bağlı Azərbaycanda bilməyən az adam var. İbad özü də artıq başa düşüb ki, onun öldürdüyü erməni məhz Melkonyan deyil, ona oxşar bir başqa dığadır. Vəssalam.
Sadəcə bəzi əldən natəmiz adamlar bu faktdan öz şəxsi maraqları üçün istifadə etməyə cəhdlər edirdilər, indi onlar da səhv yolda oldyqlarını anladılar və susublar. Və düz də ediblər. Bu çirkin işə məni də qoşmaq istəyirdilər ki, mən də mətbuatda azdan-çoxdan tanınan adam kimi bu reallıqdan uzaq kampaniyaya qatılım və xalqı inandırım ki, İbad Hüseynov Milli Qəhrəman adı alsın. Mənə elə gəlir ki, mərhum Heydər Əliyev Azərbaycanın Prezidenti olanda bütün məlumatlara malik şəxs kimi əgər dəqiq əmin olsaydı ki, İbad Hüseynov bu hərəkəti edib, düşünmürəm ki, İbada Azərbaycanın Milli Qəhrəmanı adını deyil, “Azərbaycan Bayrağı” ordenini verərdi. Gəlin bunu da unutmayaq.

O ki qaldı bu mövzunu zaman-zaman gündəmə gətiməklə vallah dəyərli dostlar, İbadın özü də, etdiyi şücaətlər də gözdən düşür. Burada elə məsələlər var ki, mən o haqda geniş yaza və danışa bilmirəm ki, yağı düşmənlərimiz onan bizim əleyhimizə istifadə edə bilərlər. O ki qaldı hörmətli Nahid bəyin guya İbada qarşı erməni təxribatı kimi kiminsə addımlar atması məsələsinə, hörmətli dostumuza demək istəyirəm ki, sən səhv fikirləşirsən və xahiş edirəm, diqqətli ol. Haqqı nahaqqa vermək olmaz. Bu mövzu nə qədər tez bağlansa, məncə yaxşı olar.. Yəqin ki, nə demək istədiyimi başa düşən döyüşçü qardaşlarımız anlıyar”.

Azinforum.az

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …

Bir cavab yazın