Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Tanınmış aktrisa Gülnar Salmanova vəfat etdi

Tanınmış aktrisa Gülnar Salmanova vəfat etdi

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

Bu barədə aparıcı İradə İsaq məlumat verib.

Aparıcı əməkdar artistin xəstəxanada dünyasını dəyişdiyini bildirib: “Nə qədər yaşatmağa çalışsam da mümkün olmadı. Aktrisa Gülnar xanım xəstəxanada dünyasını dəyişdi. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşmışdı.

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. 58 yaşlı Gülnar Salmanova xərçəng və şəkərli diabet xəstəliklərindən əziyyət çəkirdi (“Qafqazinfo”).

Həmçinin oxuyun

Həmməruzəçi: “Azərbaycanı AŞPA-da görmək istəyirik, amma…”

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına (AŞPA) qayıtması üçün Nazirlər Komitəsində danışıqların getdiyi bildirilir. Bu barədə …

Bir cavab yazın