Ana səhifə / Siyasət / Talıbovun İrana torpaq bağışlaması yalandır – Fotofakt

Talıbovun İrana torpaq bağışlaması yalandır – Fotofakt

Bir müddət öncə ölkə mətbuatında təxminən il yarım əvvəl Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun Azərbaycan dövlətinin suveren ərazisinin təxminən 21 hektarını İran bağışlaması barədə məlumat yayılmışdı.

Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Ərəbyengicə kəndi istiqamətində İranla Azərbaycanın dövlət sərhəd xətti qanunsuz olaraq dəyişdirilib. Həmin istiqamətdə Araz çayının əsas yatağının önü kəsilərək çay suyu Azərbaycan tərəfdə olan çökəkliyə yönləndirilib. Nəticədə 21 hektardan artıq torpaq sahəsi qonşu ölkənin ərazi hüdudlarına daxil edilib.

Hətta bununla bağlı Quql Yer (Google Earth) proqramındakı xəritədən də nümunə göstərilmişdi.

Amma bu proqrama diqqətlə nəzər yetirdikdə nəinki İrana hər hansı ərazinin verilmədiyi, hətta cüzi təbii dəyişikliyin belə baş vermədiyi açıq görünür. Quqlun təqdim etdiyi xəritədə Azərbaycanla İran arasındakı sərhəd xətti aydın görünür: bu sərhəd xətti BMT-nin qərarına uyğun olaraq müəyyən edilir və dəyişdirilə bilməz. Adıçəkilən ərazinin də sərhəd xəttindən aşağıda – yəni inzibati olaraq İran dövlətinə məxsus olması qeyd olunub. İrana bağışlandığı iddia olunan ərazi iki su hövzəsinin arasında qalan quru parçasıdır. O da beynəlxalq qanunlara görə İran ərazisidir.

Ətraflı

Quql sərhədləri BMT nizamnamələri çərçivəsində təqdim etdiyindən Talıbovun 21 hektarlıq payını xəritədə qeyd etməsi mümkünsüzdür. Yəni, bu proqram sərhədləri təqdim edərkən, heç bir qərəzə yol vermir. Məsələn, proqramın təqdim etdiyi xəritədə Qazax rayonunun Ermənistan ərazisində qalan 7 kəndinin hamısı Azərbaycanın ərazisi kimi göstərilib.

Digər bir məqam isə Azərbaycan dövlətinin bu məsələyə münasibət bildirməməsidir. Təsəvvür edin, ölkənin suveren ərazisinin 21 hektarı Vasif Talıbov tərəfindən İrana bağışlanır, Ermənistanla hər qarış torpaq uğrunda mübarizə aparan Azərbaycan hökuməti isə buna göz yumur?

Mümkünsüzdür!

Axar.az 

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …