Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Siyasət / Taleh Qaraşovdan kadr islahatı – Şöbə müdiri redaktor, şəhər meri isə şöbə müdiri təyin edildi

Taleh Qaraşovdan kadr islahatı – Şöbə müdiri redaktor, şəhər meri isə şöbə müdiri təyin edildi

Mia.az xəbər verir ki, bu barədə “Cənub xəbərlər” qəzetinin baş redaktoru Zahir Əmənov məlumat verib.

Onun sözlərinə görə, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev bu gün vəzifəsindən azad olunub:

“Uzun müddət Lənkəran İcra Hakimiyyətində müavin, şöbə müdiri işləyən Əlmərdan Əliyev vəzifəsindən azad edilərək, “Lənkəran” qəzetinə baş redaktor təiyin edilib. Onun əvvəlki postuna, yəni İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində isə şəhərin “meri” Zaur müəllim təyinat alıb. Zaur müəllimin yeri isə hələlik boşdur”.

Xatırladaq ki, “Lənkəran” qəzeti şəhər icra hakimiyyətinin rəsmi mətbuat orqanıdır.

Qəzetin əvvəlki baş redaktoru İltifat Əhmədova gəldikdə isə, ona hansısa vəzifə verilib-verilmədiyi haqda xəbər yoxdur.

Həmçinin oxuyun

Bakı və Kreml Brüssel görüşündən narahatdır, ABŞ tənqidləri qəbul etmir

Vaşinqton Bakının aprelin 5-də Brüsseldə ABŞ, Avropa İttifaqı və Ermənistanın üçtərəfli görüşü ilə bağlı tənqidini …

Bir cavab yazın