Ana səhifə / Siyasət / Talassemiya Federasiyasına yeni vitse-prezident təyin olundu

Talassemiya Federasiyasına yeni vitse-prezident təyin olundu

Azərbaycan Talassemiya Federasiyasına (ATF) yeni vitse-prezident təyin olundu.

ATF-nın mətbuat xidmətindənModerator.az-a verilən məlumata görə, Fuad Rəsul təşkilati məsələlər və ictimaətlə əlaqələr üzrə ATF-nın vitse prezident təyin olunub.

Azərbaycan Talassemiya Federasiyasının əsas məqsədi talassemiya ilə mübarizədə Azərbaycan Respublikasının müvafiq dövlət orqanları ilə yaxından əməkdaşlıq etməklə talassemiya ilə mübarizənin, regionlarda bu istiqamətdə aparılan işin daha da gücləndirilməsinə dəstək vermək, həmçinin talassemiya xəstəliyinə düçar olmuş uşaqlara və onların ailələrinə bütün mümkün yardımın göstərilməsi və Azərbaycanda qan donorluğu ilə bağlı təbliğatın gücləndirilməsinə xidmət etməkdir.

Məlumat üçün qeyd edək ki, Fuad Füzuli oğlu Rəsulov 1983-ci il iyun ayının 23-də Tovuz şəhərində anadan olub. 2000-ci ildə Nərmanov rayonunda yerləşən Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayev adına litseyi fərqlənməylə bitirmiş, həmən il AzTU-in Nəqliyyat fakultəsinə daxil olmuşdur. Universitet daxilində və xaricində keçirilən tədbirlərdə fəal iştirak edərək Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür. 2005-2006-cı ildə həqiqi hərbi xidmətdə olmuş və xidməti zamanı qulluq etdiyi “N” saylı hərbi hissə tərəfindən “Nümunavi Əsgər” adına layiq görülmüşdür. 2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. İlk iş fəailiyyətinə 2004-cü ildə ADY (QSC)-nin Biləcəri Lokomotiv deposunda cilingər kimi başlamışdir. İşlədiyi dövürdə rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirmiş və 2005-cı ildən Nəqliyyat Nazirliyi ADY (QSC) üzrə Yeni Azərbaycan Partiyası GB-nin sədri seçilmişdir. Bakı-Tibilisi-Qars dəmir yolu layihəsində iş icraçısı kimi fəaliyyət göstərmişdir. Qarabağ, Şəhidlər Ölməz adlı həyata keçirilən bir çox layihələrin müəllifi, müxtəlif tədbirlərin təşkilatçısı olmuşdur. Bir çox xarici ölkələrdə keçirilən Beynəlxalq konfranslarda ölkəmizi təmsil etmişdir. Hal-hazırda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına “Gənc Nəqliyyatçılar” klubunun, Azərbaycanın Milli Qəhrəmanı Yunis Nəcəfov adına “Gənc Dəmiryolçular” klubunun təsisçisi və sədridir. Həmçinin Ramil Səfərov adına “Cənub” Kikboksinq klubunun baş katibi, Azərbaycan Taekvondo Federasiyası (ATF) “ƏFA” klubunun, Azerbaijan Kempo Federation “Togrul”- sport klubunun, Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının , Azərbaycan Əlillər Futbolu Federasiyasının (AƏFF) , “İstedadlı Əlillər” İB-nin , “Əlill Sahibakarlar Təşkilatı”-nın mətbuat xidməti rəhbəridir. Region TV efir məkanında ilk olan “Biz Birik” layihəsininin Produsseri və mətbuat xidməti rəhbəri, Yeddi ölkədə davam edən Uluslararası proyektlərdən olan ”İki Dövlət – Bir Millət”

projesinin, “Yaşıl xəzinəmizi qoruyaq!” layihəsinin mətbuat xidməti rəhbərdir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi sədrinin müşaviri, həmçinin 2008-ci ildən Nəsimi-Səbail rayonu üzrə 10 saylı məntəqə seçki komissiyasının sədri kimi fəaliyyət göstərir. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi və muzey üzrə YAP təşkilatının sədridir.

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …

Bir cavab yazın