Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Tahir Kərimli: “Deputat həmkarlarım mənimlə birgə liftə minməyə qorxurlar”

Tahir Kərimli: “Deputat həmkarlarım mənimlə birgə liftə minməyə qorxurlar”

“Tahir Kərimlinin Eldəniz Səlimovla bağlı məsələdə mövqeyini bölüşməsəm də, alternativ fikir söyləsəm də, üzə-üzə gəlsəm, salamlaşaram”. 
Bu sözləri Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı həmkarı Tahir Kərimlinin fikirlərinə münasibət bildirərkən deyib. Tahir Kərimli iddia edib ki, Eldəniz Səlimovu müdafiə etdikdən sonra deputat həmkarları onunla birgə liftə minməyə qorxurlar.
Fəzail Ağamalı isə Tahir Kərimlinin bu qənaətini bölüşmür:
“Nahaq elə deyir. O nə bilir ki, məsələn, mən ondan küsmüşəm, danışmıram. İndi ola bilər ki, kiminsə şəxsi müstəvidə onunla problemi var. Amma deputatın hansısa fikrinə görə həmkarlarının onu kənarlaşdırması faktı yoxdur. Yenə də deyirəm, bu hal yalnız həmin deputatın həmkarına qarşı qırmızı xətti keçəndə baş verə bilər ki, bu da yalnız şəxsi müstəvidə olar”.
Fəzail Ağamalı Tahir Kərimlinin Eldəniz Səlimovu müdafiə etməsininsə doğru olmadığını deyib: 
“İndiyə qədər görülməyib ki, deputat öz seçicisini döysün. Həmin polis əməkdaşı ilk növbədə onun seçicisidir. Biz də əslində məsələyə bu kontekstdə yanaşmışıq. Amma Tahir Kərimli deyir ki, polisin yiyəsi var, deputatın yiyəsi yox. Milli Məclisin sədri Sahibə xanım onun mövqeyinin doğru olmadığını izah etmişdi. Bildirmişdi ki, deputatın yiyəsi xalqdır. Bu, doğrudan da belədir. Bundan başqa, hansısa məmurun statusu Konstitusiya ilə təsbit olunmayıb. Deputat statusu ölkənin ali qanunu ilə təsbit olunub. Bundan böyük arxa ola bilərmi deputata? Nəhayət, deputatın yiyəsi elə özüdür. Tahir Kərimlinin məsələyə bu cür yanaşması yanlış idi. Qaldı ki, deputatların onunla liftə minməyə qorxmasına, inanmıram ki, belə hal olsun. Şəxsən mənim Tahir Kərimli ilə hər hansı problemim yoxdur və onunla birgə liftə minməkdən də qorxmuram”.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …