Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Tahir Kərimli: “Bəlkə küçə itlərini yığıb Koreyaya, Çinə sataq?”

Tahir Kərimli: “Bəlkə küçə itlərini yığıb Koreyaya, Çinə sataq?”

Milli Məcliadə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Komitə sədri Əhliman Əmiraslanov layihə barədə məlumat verib.

Deputat Tahir Kərimli bildirib ki, sovet dövründən fərqli olaraq, sanitar-epidemioloji tədbirlər həyata keçirilmir, bu da ağcaqanadların, zərərli həşaratların geniş yayılması üçün zəmin yaradır. T.Kərimli malyariya xəstəliyinin yayılmasına qarşı tədbirlərin görülməsini vacib sayıb.

Deputat küçə itlərinin kütləvi şəkildə çoxalmasını da ciddi problem kimi qaldıraraq bildirib ki, bu, uşaqlar üçün xüsusilə təhlükəlidir, quduzluğa yoluxma riski yüksəkdir. “Nə etmək olar? Bəlkə bunları yığıb Koreyaya, Çinə sataq?”.

T.Kərimli Zirədə, sovet dövründə mövcud olmuş müəssisədən də bəhs edərək deyib ki, vaxtilə orada ilanların çoxaldılması və onlatrdan zəhər alınması məqsədilə istifadə olunub. Amma sonrakı illərdə müəssisənin fəaliyyəti qapadılıb və ilanlar müxtəlif ərazilərə buraxılıb ki, bu da paytaxt sakinləri üçün ciddi təhlükə yaradır. “İlanlar məktəblərin zirzəmilərinə daxil olur”-deyən deputat zəhərli ilanlarla bağlı tədbirlər görməyə çağırdı: “Bunlar da əhalinin sağlamlığı məsələsidir”.

Musavat.com

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …