Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Siyasət / Tağı Əhmədov “44 ilə qazandığı” 3 milyonu Çovdarovdan geri istəyir – Mülki iddia

Tağı Əhmədov “44 ilə qazandığı” 3 milyonu Çovdarovdan geri istəyir – Mülki iddia

Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov hazırda həbsdə olan Akif Çovdarova qarşı yeni iddia qaldırıb.

Qafqazinfo” nun əldə etdiyi məlumata görə, T.Əhmədov Bakı Hərbi Məhkəməsinə müraciət edərək ləğv edilmiş MTN generalı Akif Çovdarova qarşı mülki iddia qaldırıb.

Tağı Əhmədov 2014-cü ildə A.Çovdarovun hədə-qorxu gələrək ondan aldığı 3 milyon manatın həbsdəki generaldan tutularaq geri qaytarılmasını istəyib.

İddia ərizəsi məhkəməyə daxil olub.

Qeyd edək ki, T.Əhmədov istintaqa ifadəsində həmin 3 milyonun “44 illik əmək haqqısı” olduğunu deyib.

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …

Bir cavab yazın