Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təltif olunan “Azərsu” ASC-nin əməkdaşlarına mükafatları təqdim olundu – Tədbir

Təltif olunan “Azərsu” ASC-nin əməkdaşlarına mükafatları təqdim olundu – Tədbir

Azərbaycan prezidentinin sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adı almış və “Tərəqqi” medalına layiq görülmüş, həmçinin “Azərsu” ASC sədrinin əmri ilə “Fəxri Fərman”la təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.

ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a verilən məlumata görə, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov təltif olunmuşəməkdaşları təbrik edərək bildirib ki, son illər su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoyub, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına hesablanmış su təchizatı layihələrinin icrasında su təsərrüfatı işçilərinin böyük xidmətləri olub.

Q.Hüseynov qeyd edib ki, hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri adlar və medallarla təltif olunur. Prezident İlham Əliyevin iyun ayının 3-də imzaladığı sərəncamlarla su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 2 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub: “Azərbaycan vətəndaşlarının sağlamlığının qorunmasına və sosial rifahının yüksəldilməsinə istiqamətlənmiş dövlət siyasətinə su təsərrüfatı işçiləri özünəməxsus töhfələr verməkdədir. Peşə bayramının təsis edilməsi və bayram ərəfəsində həmkarlarımızın bir qrupunun mükafatlandırılması ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir. Əminəm ki, çoxminli su təsərrüfatı işçiləri bundan sonra da var qüvvəsi ilə çalışaraq qarşıya qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcək, onlara göstərilən etimadı doğruldacaqlar”.

“Əməkdar mühəndis” fəxri adına layiq görülmüş “Azərsu” ASC sədrinin istismar üzrə müavini Köçərli Həsənov, “Tərəqqi” medalı ilə təltif olunmuş proqram təminatı şöbəsinin rəisi Könül Pənahova su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə ölkə başçısına minnətdarlıqlarını bildirib və qeyd ediblər ki, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətə su təsərrüfatı işçiləri bundan sonra da öz töhfələrini verəcəklər.

Su təsərrüfatının inkişafında xidmətləri olan və əmək fəaliyyətində fərqlənən 110 əməkdaş “Azərsu” ASC sədrinin əmri ilə Fəxri Fərmana layiq görülüb.

Sonra su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunmuş “Azərsu” ASC əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının vəsiqələri, “Tərəqqi” medalları və “Fəxri Fərman”lar təqdim olunub.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın