Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təhsil Nazirliyi: “Adımızdan sui-istifadə edirlər”

Təhsil Nazirliyi: “Adımızdan sui-istifadə edirlər”

Son vaxtlar reklam və elanlarda, bildirişlərdə xaricdə təhsil fəaliyyəti ilə məşğul olan şirkətlər tərəfindən xarici universitetlərə qəbul olan tələbələrin diplomlarına Təhsil Nazirliyinin zəmanət verməsi ilə bağlı yanlış məlumatlar yerləşdirilir. Beləliklə, şirkətlər öz subyektiv maraqlarını qorumaq üçün Təhsil Nazirliyinin adından sui-istifadə edir və insanları aldadırlar.

Bu barədə virtualaz.org saytına nazirliyin mətbuat katibi Cəsarət Valehov məlumat verib.

C.Valehov deyib ki, diplomların tanınması(nostrifikasiyası) hüquqi prosedur olmaqla burada universitetin legitimliyi, məzunun akademik göstəriciləri, qazandığı kreditlərin sayı, faktiki təhsil müddəti, dil və ixtisas biliyinə qədər qədər bütün məlumatlar təhlil olunur. Bu araşdırma təsdiqini müsbət mənada tapdıqdan sonra diplomun tanınması prosesi baş verir.

“Bir daha bildirmək istərdik ki, Təhsil Nazirliyi tələbələrin xaricdə təhsil üzrə dövlət proqramından, dövlətlərarası təqaüd proqramlarından xaric hər hansı şirkətlə əməkdaşlıq etmir. İcra etdiyi proqramlarla bağlı bütün məlumatlar isə şəffaf şəkildə iştirakçının, eyni zamanda Təhsil Nazirliyinin müvafiq elektron resurslarına yerləşdirilir”, – deyə C. Valehov əlavə edib.

 

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …

Bir cavab yazın