Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Siyasət / Təhlükəsizlik orqanlarında çalışanların hərbi qeydiyyatını aparacaq orqan dəyişib

Təhlükəsizlik orqanlarında çalışanların hərbi qeydiyyatını aparacaq orqan dəyişib

Azərbaycan prezidenti İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2017-ci il 2 oktyabr tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.

APA-nın məlumatına görə, hazırda qüvvədə olan “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatı onların yaşayış yeri üzrə, 3 aydan artıq müddətə yaşayış yerini dəyişdirdikdə isə olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən aparılır.

Dəyişikliyə əsasən Xarici Kəşfiyyat Xidməti və Dövlət Təhlükəsizlik Xidməti subyekt olaraq dövlət sirrini təşkil edən məlumatlara malik olduğu üçün bu orqanlarda xidmət edənlər sabiq xidmətçilərə çevriləndən sonra onlar barəsində qeydiyyat artıq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən deyil, məhz çalışdıqları orqanın siyahısı ilə aparılacaq.

Həmçinin oxuyun

“Hazırda dünyanı təhdid edən müharibələr” – Dəyirmi masa

“Sağlamlıq Naminə Humanitar Təbabət“ İctimai Birliyinin təşəbbüsü ilə “Hazırda dünyanı təhdid edən müharibələr” mövzusunda dəyirmi …