Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / “Təfəkkür”ün tələbələri hara köçürüləcək? – Açıqlama

“Təfəkkür”ün tələbələri hara köçürüləcək? – Açıqlama

Təhsil Nazirliyinin ötəngünkü qərarı ilə fəaliyyyətini dayandıran Təfəkkür Universitetində təhsil alan tələbələrin sual altında qalıb. Nazirlik tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul etsə də, tələbələrin yerləşdiriləcəyi universitetlərlə bağlı hər hansı bir məlumat verilməyib.

Bununla bağlı “Qafqazinfo” nazirliyə sorğu ünvanlayıb. Nazirlikdən cavab olaraq bildirilib ki, tələbələrin köçürüləcəyi universitetlərin siyahısı qış imtahan sessiyası başa çatdıqdan sonra dəqiqləşəcək:

“2016-2017-ci tədris ilində “Təfəkkür” Universitetini müvəffəqiyyətlə bitirmiş məzunlara universitet tərəfindən diplomların verilməsi təmin ediləcək. Hazırda Təfəkkür Universitetində 750 tələbə təhsil alır. Onlardan 124 nəfəri IV kursda təhsil alır və bu ilin məzunlarıdır. Tələbələr, əsasən, özəl universitetlərə köçürüləcək. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək”.

Həmçinin oxuyun

Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi – Video

“Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl Qarabağdan çıxması Azərbaycanın işğaldan azad edilən torpaqlarda tez bir zamanda …

Bir cavab yazın