Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Tehran rejimi hər vasitə ilə çalışıb ki, ölkəmizdə ciddi sarsıntılar baş versin”

Təbriz Musayev: “Tehran rejimi hər vasitə ilə çalışıb ki, ölkəmizdə ciddi sarsıntılar baş versin”

1991-ci ildə Azərbaycan müstəqilliyini əldə edəndə çox çətin bir dövr idi. Siyasi-iqtisadi baxımdan ölkədə ciddi prooblemlər mövcud idi. Ən əsas problem o idi ki, Azərbaycan əraziləri Ermənistan tərəfindən işğal olunurdu. Ölkədə 1 molyon qaçqın və məcburi köçkün var idi. Keçmiş SSRİ ölkələri ilə iqtisadi əlaqələrin qırılması səbəbindən çox ağır iqtisadi vəziyyət hökm sürürdü.

Belə bir mürəkkəb və keçid dövründə İran Azərbaycanda öz şəbəkəsini qurmağa başladı. Qaçqınlara maddi yardım adı altında xeyriyyə qrupları yaradıldı. Ancaq əslində həmin qurumlar İranın cəsus şəbəkəsindən ibarət idi. Dini təhsil adı altında Azərbaycan vətəndaşlarının Qumda, İsfahanda, Tehranda təhsili təşkil olundu. Onların bir qismi İran xüsusi xidmət orqanlarının təsir dairəsinə düşdü. Beləcə Azərbaycanda İranın dini şəbəkəsi, daha daha dəqiq desək 5-ci kalonu formalaşdırıldı. Sonralar bu, öz fəsadlarını göstərməyə başladı.

Məlum səbəblərdən son aylar Azərbaycan İran münasibətlərində soyuqluq yaşanır. Hərçənd Azərbaycanın bunda hansısa günahı yoxdu. Belə bir vəziyyətdə Azərbaycanda İranın mənafeyinə xidmət edən, şərti olaraq 5-ci kalon adlandırılan qüvvələr dövlətimizin maraqlarına qarşı gedirlər. Belə ki, onlar İran bayrağı qaldırıb bu ölkənin keçirdiyi tədbirlərə qatılırlar. Tək gizli deyil, bir sıra hallarda açıq-aşkar İranın mənafeeyini müdafiə edirlər. Bax bu, İranın mənafeyinə xidmət edən, dağıdıcı və Azərbaycanı içindən partlatmağa kömək edən şəxslərin ifşa olunması dövlətçiliyimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Həm ictimai qınaq səviyyəsində onların onların ifşa olunması, həm də müvafiq qurumların qanun çərçivəsində gərəkən ölçüləri götürməsi zəruridir. Zatən bu istiqamətdə son günlər güc strukturları bir sıra addımlar atırlar.

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, Azərbaycan bu kimi məsələlərdə son dərəcə sərt addımlar atmalıdır: “Məsələ ondadır ki, Ermənistandan sonra Azərbaycana ən çox düşmənçilik bəsləyən ikinci ölkə İrandakı molla rejimidir. Hansı pislik desən Tehran rejimindən Azərbaycana qarşı gözləmək olar. Çünki bu, tarixən belə olub.İranda molla rejimi fars millətçiliyi üzərində qurulub. Güney Azərbaycanda 30 milyondan çox soydaşımız yaşasa da molla rejimi onlara öz ana dilində yazmağı yasaq edib. Nəinki yazmağı, danışmağı belə rəva görmür. Bütün vasitələrlə çalışırlar ki, İrandakı türk kimliyini yox etsinlər, assimilasiyaya məruz qoysunlar. 1991-ci ildən bəri İran şimalda müstəqil Azərbaycanın varlığını qəbul edə bilmir, bunu sanki özünə təhdid mənbəyi hesab edir. Halbuki, Azərbaycan bütün qonşu ölkələrlə, o cümlədən İranla normal münasibətlərin qurulmasında maraqlı olub. Ancaq İran rejimi şərait yaratdı ki, Ermənistan Azərbaycan ərazilərini işğal etsin. İran yardım cəmiyyətləri Azərbaycanda molla rejimin təbliğatını təşkil etmək üçün milyonlarla vəsait xərclədi. İndinin özündə də İranın Azərbaycanda ciddi şəbəkəsi var. Sevindirici haldır ki, Dövlət Təhlükəsizlik Xidməti həmin şəbəkənin ifşa olunması ilə əlaqədar bir sıra qəti addımlar atır. Hesab edirəm ki, bu kimi addımların daha da genişləndirilməsinə ehtiyac var. Çünki müstəqilliyimizin ilk illərində İran Azərbaycanda mövcud olan xaostan istifadə edərək öz şəbəkəsini burada qurdu. Nardaranda dəfələrlə törədilən bir sıra hadisələrin arxasında məhz İran dayanıb. Tehran rejimi hər vasitə ilə çalışıb ki, Azərbaycanda ciddi sarsıntılar baş versin. Bunun üçün nə mümkündürsə, onu ediblər. O üzdən, İranın cəsus şəbəkəsini tam ifşa etmək üçün bütün addımlar atılmalıdır. Bu, dövlətçiliyimizin qurunması baxımından çox vacib məsələdir”.

İAT sədri hesab edir ki, yalnız o halda İrandan gələn təhlükədən tam sığortalanmaq olar.

Həmçinin oxuyun

BMT-nin Baş katibindən Azərbaycan və Ermənistana ÇAĞIRIŞ

“BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün qalan bütün ikitərəfli məsələləri …