Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Qərbdə anlamadılar ki, Ermənistanda situasiya tamam fərqlidir”

Təbriz Musayev: “Qərbdə anlamadılar ki, Ermənistanda situasiya tamam fərqlidir”

“Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi”.

Bunu Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

Ölkə başçısının sözlərinə görə, müdafiə nazirinin ABŞ-dan bizi hədələməsi təsadüfi deyil: “Bütün təzyiqlərin təməlində bu dayanmışdı ki, biz daxili problemlərlə məşğul olaq, daxili problemlərin içərisində çabalayaq ki, Qarabağ unudulsun və Ermənistan bu torpaqlara əbədi sahib olsun. Bəzi xarici ölkələrin nümayəndələri deyirdilər ki, siz gərək reallıqla hesablaşasınız, siz müharibəni uduzmusunuz, yeni müharibəni heç kim qoymayacaq, biz qoymayacağıq, qonşu ölkələr qoymayacaqlar. Bizi hədələyirdilər. Hədələyirdilər ki, müharibə başlasa, biz yenə torpaq itirəcəyik. Ermənistanın oğurluğa görə bu gün həbsdə olan keçmiş müdafiə naziri bizi hədələyirdi. Amerika da hədələmişdi. Yəni, o, bunu özbaşına demişdi? Yox! Onun ağzına bu sözləri qoyanlar olub ki, biz bu vəziyyətlə barışaq, bu torpaqlardan əl çəkək, deyək ki, bəli, gəl indi Ermənistanla əməkdaşlıq edək”.

Görünən odur ki, Azərbaycanı işğalla barışdırmaq üçün çox ciddi təzyiqlər olub. Təsadüfi deyil ki, Ermənistanın o vaxtkı müdafiə naziri David Tonayan məhz ABŞ-da səfərdə olarkən “yeni ərazilər üçün yeni müharibə” ifadəsini işlətdi. Məlum olur ki, onun həmsədr ölkədə bu cür həyasız açıqlama ilə çıxış etməsi təsadüfi deyilmiş.

Maraqlıdır, o zaman müdafiə naziri bu cəsarəti kimdən alırdı? Kim onu bu cür danışdırırdı və bu gün niyə səsləri çlxmır?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev bununla bağlı bir sıra maraqlı məqamlara toxundu: “Əvvəla, nəzərə almaq lazımdır ki, 2018-ci ildə Ermənistanda Sorosun layihəsinə uyğun olaraq hakimiyyət dəyişikliyi baş verdi. Bunun da arxasında Birləşmiş Ştatlar dayanırdı. Bunlar elə hesab edirdilər ki, Gürcüstan və Ukraynada olduğu kimi, Ermənistanda da rəngli inqilabdan sonra hakimiyyətə gələnlər Vaşinqtondan gələn təlimatları hərfiyən yerinə yetirəcəklər. Ancaq bunlar anlamadılar ki, Ermənistanda situasiya tamam fərqlidir. Nikol Paşinyan Qərbin maraqlarını ifadə etsə də, ölkədəki reallıqlar fərqlidir. Birincisi, Ermənistanın açıq dənizə birbaşa çıxışı yoxdur. Dörd ölkə ilə sərhədə malikdir, onlardan ikisi ilə sərhədlər bağlıdır. İkincisi, Ermənistan Azərbaycanla müharibə vəziyyətində idi. Üçüncüsü, Ermənistanda Rusiyanın hərbi bazası var. Eyni zamanda bu ölkə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunur. Dördüncüsü, Ermənistan iqtisadi baxımdan Rusiyadan asılıdır. Ermənistanda az-çox gəlirli sahələrin səhmləri Rusiyaya məxsusdur. Bəli, ABŞ-da güclü erməni lobbisi var. Ermənistanda ən böyük səfirlik binası Birləşmiş Ştatlara məxsusdur. Ancaq bütün bunlar yetərli olmadı. David Tonayan mülki geyimdə özünü Qərb ölkələrinin müdafiə nazirlərinə bənzətsə də, bu nəyisə dəyişmədi. Tramp administrasiyasında erməni lobbisinə yaxın olan şəxslər Tonayana o cür başından böyük danışmaq cəsarəti verdi. Unutmaq olmaz ki, Trampın xarici məsələlər üzrə müşaviri Con Bolton Qarabağ məsələsi ilə bağlı Ermənistanda səfərdə oldu. Müəyyən gizli danışıqlar apardı. O baxımdan Tonoyanın hədələyici tonda danışması təsadüfi deyildi. Erməni lobbisi onları əmin etmişdi ki, Azərbaycan 30 ilə yaxın mövcud olan reallıqları dəyişə bilməz”.

İAT sədri hesab edir ki, 44 günlük şanlı Vətən müharibəsi Azərbaycana qarşı bütün gizli planları məhv etdi.

Həmçinin oxuyun

Müsavat Partiyasının növbəti qurultayının tarixi və yeri açıqlandı

Müsavat Partiyasının növbəti qurultayının keçiriləcəyi tarix və məkan məlum olub.Bu barədə partiyadan APA-ya məlumat verilib.Bildirilib …