Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Nə Qeqamyan, nə də digər erməni tulaları Zəngəzur dəhlizini əngəlləyə bilməyəcək”

Təbriz Musayev: “Nə Qeqamyan, nə də digər erməni tulaları Zəngəzur dəhlizini əngəlləyə bilməyəcək”

“Mövcud mənzərəni sadə sözlə dilə gətirsək, qarşıdakı onilliklərdə Avrasiyada qüvvələr balansını və bir-birini istisna edən iki əks geosiyasi layihə var. Bunun biri Şimal-Cənub dəhlizi, digəri isə “Zəngəzur dəhlizi” (Türk dəhlizi) kimi tanınan Şərq-Qərb dəhlizidir”.

Bu fikirləri türkoloq, tarix elmləri namizədi Varujan Qeqamyan səsləndirib.

Onun sözlərinə görə, hər iki layihənin həyata keçirilməsinin arxasında həm regional, həm də qlobal supergüclər dayanır: “Hər iki layihə Ermənistan ərazisində həyata keçirilir. Respublikamızın bütün ərazisindən keçən “Şimal-Cənub” yolu bizi müttəfiqlərimizlə birlikdə yenidən geosiyasi çəkisi olan bir ölkəyə çevirəcəksə, “Türk dəhlizi” reallaşandan sonra Süniki türklərə təhvil verəcəyik, “Artsax” mövzusunu bağlayacağıq, İranla sərhədi itirəcəyik və nəticədə bir dayanacağa çevriləcəyik. Yəni tamamilə Türk bölgəsinə çevrilməklə müstəqil ölkə olmaq şansımızı itirəcəyik. Bu sadə bir mənzərədir. Əgər iradəmizdən asılı olmayaraq müttəfiq dövlətlər olmasaydı, o zaman Türkiyə tərəfi çoxdan bir nəticə əldə edərdi, çünki şəxsən kapitulyator (Paşinyan nəzərdə tutulur) və onun cahil qrupu türkləri regional supergücə çevirməyin əleyhinə deyillər. Dəhlizin açılmasına müqavimət göstərmək lazımdır. Üstəlik, ümummilli səylərlə”.

Görünən odur ki, revanşist mövqedən çıxış edən ermənilər əclafcasına Zəhgəzur dəhlizinə qarşı təbliğat aparırlar. Bütün vasitələrlə dəhlizin həyata keçməsini əngəlləməyə çalışırlar. O baxımdan bütün bunları ekspertlər necə dəyərləndirir?

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, bu yöndə nə qədər təbliğat aparsalar da revanşistlər öz istəyinə çata bilməz. O bunu bir sıra arqumentlərlə əsaslandırdı: “Əvvəla, Ermənistanda bəlli qüvvələr bu layihələrin əleyhinədir. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın rəhbərlik etdiyi müxalif “Hayastan” bloku mitinqə hazırlaşır. Blok hesab edir ki, indiki hakimiyyət xalqa xidmət etmir. Guya ancaq bunlar xalqa xidmət edir. Deməyim odur ki, Ermənistanda revanşist qüvvələrin mövqeyindən çıxış edənlər Zəngəzur dəhlizinə qarşı kampaniya aparırlar. Çünki Ermənistanda yalnız revanşist qüvvələr buna qarşıdır. Ancaq nə Varujan Qeqamyan, nə də onun kimi digər erməni tulaları prosesi əngəlləyə bilməyəcəklər. Ən azından ona görə ki, Ermənistana ciddi təsir imkanlarına malik olan Rusiya dəhlizin reallaşmasının tərəfdarıdır. Əvvəl Ermənistan rəsmiləri deyirdilər ki, 10 noyabr Bəyanatında Zəngəzur dəhlizindən söhbət getmir. Azərbaycanın israrlı tələblərindən sonra Ermənistan geri addım atdı. Məlum oldu ki, indiyə qədər erməni rəsmilərinin səsləndirdiyi fikirlər ictimai rəyə hesablanıb. Hesab edirəm ki, “Hayastan” blokunun keçirəcəyi mitinqlər, mətbuatda Zəngəzur dəhlizi əleyhinə aparılan kampaniya buna mane ola bilməyəcək. Çünki revanşistlərin tərəfdarları çox olsaydı, onlar iyun seçkilərində qələbə qazanardı. Ancaq erməni cəmiyyəti onlara stavka etmədi”.

Bu baxımdan İAT sədri hesab edir ki, ciddi narahatlığa əsas yoxdur.

Həmçinin oxuyun

ABŞ-dən Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmaya REAKSİYA

“ABŞ Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası prosesinin başlanmasını alqışlayır”. Bunu ABŞ Dövlət Departamentinin mətbuat …