Ana səhifə / Siyasət / Təbriz Musayev: “İrəvanın Zəngəzur dəhlizi ilə bağlı bu dərəcədə həyasızlaşması İran faktoru ilə bağlıdır”

Təbriz Musayev: “İrəvanın Zəngəzur dəhlizi ilə bağlı bu dərəcədə həyasızlaşması İran faktoru ilə bağlıdır”

Ermənistan Zəngəzur dəhlizinin reallaşması məsələsində destruktiv mövqe sərgiləməkdə davam edir. Erməni rəsmisi, Ermənistanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan sərsəmləyərək bəyan edib ki, Ermənistan Zəngəzur dəhlizi məsələsinin müzakirəsindən imtina edir:

“Rəsmi İrəvan dəfələrlə bəyan edib ki, Zəngəzur dəhlizinin açılması heç bir halda erməni tərəfi üçün məqbul deyil. Nikol Paşinyan, İlham Əliyev və Şarl Mişel arasında keçirilən son görüşdən sonra Avropa İttifaqı Şurasının prezidenti Zəngəzurla bağlı müzakirələrin aparılmadığını bildirib”.

Erməni rəsmisinin bu fikirlərinin daha çox daxili auditoriyanı sakitləşdirməyə hesablandığı aydın görünür. Çünki Azərbaycan və Ermənistan liderlərinin, eləcə də Avropa İttifaqı Şurası prezidentinin üçtərəfli görüşündə məhz Zəngəzur dəhlizi məsələsi müzakirə mövzusu olub. Bu barədə Prezident İlham Əliyev də görüşdən sonra müvafiq bəyanatla çıxış edərkən fikir səsləndirib. Artıq Ermənistan tərəfi də məsələnin dalana dirəndiyini və Zəngəzur dəhlizinin açılması zərurətini yaxşı anlayır. Ancaq Ermənistan tərəfi mümkün olan qədər prosesi yubatmağa çalışır. Texniki vasitələrdən tutmuş digər yollarla prosesi tormozlayır. Bu baxımdan E.Ağacanyanın açıqlamaları nəyə hesablanıb?

Sözügedən məsələyə aydınlıq gətirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, Ermənistan hakimiyyət təmsilçilərinin son vaxtlar Zəngəzur dəhlizinə qarşı həyasız açıqlamalarla çıxış etməsi bir sıra faktorlardan irəli gəlir: “Əvvəla, bir daha xatırlatmaq istəyirəm ki, 10 noyabr 2020-ci il razılaşmasında Naxçıvana maneəsiz gediş-gəlişin təmin olunması öz əksini tapıb. Üstəlik, Zəngəzur dəhlizi ilə bağlı Nikol Paşinyan üzərinə şifahi öhtəlik götürüb. Bu baxımdan Ermənistan nə qədər pozucu mövqedən çıxış etsə də Zəngəzur dəhlizinin reallaşmasını sonadək dayandıra bilməyəcək. Ən azından ona görə ki, Laçın üzərindən Qarabağa maneəsiz gediş-gəliş imkanından məhrum olacaq. Rəsmi İrəvanın son vaxtlar Zəngəzur dəhlizi ilə bağlı bu dərəcədə həyasızlaşması İran faktoru ilə bağlıdır. İranın bu dəhlizə qarşı çıxması və yeri gəldi-gəlmədi bunu bəyan etməsi Ermənistanı ruhlandırır. Bu günlərdə Tehranda Suriya məsələsinə görə İran, Türkiyə və Rusiya prezidentləri bir araya gəldi. Görüş çərçivəsində İran rəsmiləri provokativ şəkildə bəyan etdilər ki, dəhliz prinsipinə qarşıdırlar. Üstəlik, heç bir əsası olmadan bunu Ermənistanın suverenliyinə təhdid kimi təqdim etməyə başladılar. Guya ki, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədini bağlayacaq və s. Əslində bütün bunlar uydurmadır. Məsələnin kökündə dayanan faktor İranın Azərbaycanın güclənməsindən duyduğu narahatlıqdır. Bu da Ermənistanın mənafeyinə uyğundur. Sözügedən məsələlərdə Ermənistan hakimiyyəti İrandakı molla rejimilə eyni mövqedən çıxış edir. Ancaq dünya düzəninin dəyişdiyini və yenidən dizayn edildiyini nəzərə alsaq, Ermənistan əvvəl-axır Zəngəzur dəhlizi məsələsində güzəştə getməyə məhkumdur”.

İAT sədri onu da qeyd etdi ki, heç bir qüvvə bunu dayandıra bilməyəcək. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Avropa İttifaqı Bakının iddialarını rədd edir

“Əsas diqqət Ermənistanla ikitərəfli əməkdaşlığa yönəldiləcək” Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə mətbuat …