Şənbə , Aprel 20 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Haçansa ermənilər Yaxın Şərq ölkələrinin başına bəla olacaqlar”

Təbriz Musayev: “Haçansa ermənilər Yaxın Şərq ölkələrinin başına bəla olacaqlar”

İordaniya və Fələstin Yerusəlim Erməni Patriarxı arxiyepiskop Nurxanın tanınmasını dayandırıb.

Bu barədə İordaniya Haşimilər Krallığı və Fələstin Dövləti birgə bəyanat yayıb. Birgə bəyanatda erməni patriarxı Nurxan Manukyanın Qüds Erməni Pravoslav Kilsəsinin patriarxı və qalan səlahiyyətlərlə tanınmasının dondurulması qərarı açıqlanıb. Qərarın erməni məhəlləsinin “mədəni irsi olan daşınmaz əmlakı” ilə bağlı patriarxın işlərini düzəldə bilməyən Müqəddəs Torpaqlar və İordaniya Haşimilər Krallığının çoxlu səy və cəhdlərindən sonra verildiyi bildirilir. Tərəflər təsdiq ediblər ki, Ermənistan məhəlləsi işğal olunmuş ərazi kimi Müqəddəs Şəhərin ayrılmaz hissəsidir və BMT qətnamələri ilə tanınıb.

Bu, çox önəmli qərardır. Ona görə ki, ermənilər Qüdsün mərkəzini “tarixi irs” kimi mənimsəyib özlərininki hesab edirlər. Belə görünür ki, İordaniya ilə Fələstin ermənilərin Azərbaycanın başına bəla olmalarından dərs çıxarırlar.

Sözügedən məsələni baki-xeber.com-a şərh edən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, məlum qərar gərək bir az da tez qəbul ediləydi: “Çünki haçansa ermənilər bəzi Yaxın Şərq ölkələrinin başına bəla olacaqlar. O ölkələr ki, orada dövlətçilik zəifdir. Məsələn, Livan. Məlum olduğu kimi, Livan ərazicə kiçik ölkə olsa da etnik və dini tərkibi müxtəlifdir. Üstəlik, mürəkkəb bir regionda yerləşməsi zaman-zaman bu ölkədə bir sıra toqquşmaların baş verməsinə şərait yaradıb. Bir çoxları 70-80-ci illərdə Livanda baş verən vətəndaş müharibəsinin necə böyük fəlakətlərə səbəb olduğunu tarixdən yaxşı bilir. O da məlumdur ki, Livanda, Fələstində, İordaniyada, Suriyada ermənilər yaşayır. Ermənilər də elə bir toplumdular ki, hara köçürlərsə, bir müddət sonra ora iddia etməyə başlayırlar. Özlərindən faktlar uyduraraq yaşadıqları ərazilərin “qədim” erməni torpağı olduğunu iddia edirlər. O cümlədən, ermənilər Yerusəlimdə də “mədəni irsə” sahib olduqlarını uzun illərdir uydururlar. Erməniləri belə iddialarla çıxış etməyə həvəsləndirən faktorlardan biri də Yaxın Şərqdə xristian əhalinin yaşaması faktorudur. Hesab edirlər ki, məhz bu amilə görə böyük dövlətlər onları qoruyacaq. Halbuki, ermənilərin Yaxın Şərq ölkələrində kütləvi  məskunlaşması əsasən 1915-ci ildən sonra baş verib. Məlum olduğu kimi, Birinci Dünya müharibəsi zamanı ermənilər Osmanlı imperiyasına xəyanət etdilər. Bu səbəbdən orada yaşayan ermənilərin köçürülməsinə qərar verildi. Nəticədə ermənilərin bir qismi Yaxın Şərq ölkələrində məskunlaşıblar. İordaniya ilə Fələstinin məlum qərarı məsələnin görünən tərəfidir. Çox güman ki, onlar ermənilərin separatçı xarakterli fəaliyyətlərindən və digər bu kimi cəhdlərindən xəbərdar olduqları üçün bu qərarı veriblər. Zamanında Prezident İlham Əliyev deyəndə ki, məscidləri məhv edən Ermənistandan müsəlman ölkələrə dost olmaz, əfsuslar olsun bir sıra ərəb ölkələri buna ciddi yanaşmaq istəmədilər. Ancaq zaman göstərir ki, ermənilər üçün müqəddəs heç nə yoxdur”.

Həmçinin oxuyun

Hikmət Babaoğludan parlament seçkiləri ilə bağlı MÜHÜM AÇIQLAMA

“Hazırkı real hüquqi siyasi şərtlər noyabr ayının birinci bazar gününə qədər Azərbaycanda parlament seçkilərinin keçirilməsini …