Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Həmsədrlər Azərbaycana tərəfdar olsaydılar, Qarabağ məsələsi 30 il uzanmazdı”

Təbriz Musayev: “Həmsədrlər Azərbaycana tərəfdar olsaydılar, Qarabağ məsələsi 30 il uzanmazdı”

“ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutdular”.

 “Vestnik Kavkaza” portalının yaydığı məlumata görə, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniya üçün getdiyi Spitakda deyib.

O qeyd edib ki, hakimiyyətə gələndə onlara dalana dirənən danışıqlar miras qalıb: “2018-ci ildə hakimiyyətə gəldikdən sonra dalana dirənən vəziyyətdə olan Qarabağ nizamlanmasına dair danışıqlar prosesi bizə miras qaldı. Problem bundadır ki, ATƏT-in Minsk Qrupu vasitəçiləri (Rusiya, Fransa, ABŞ) Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqe ifadə edirlər. Ancaq qeyd etmək lazmdır ki, bu mövqe 2018-ci ildə deyil, ondan daha əvvəl formalaşıb”.

Bununla belə, Paşinyan vasitəçilərin hələ 2016-cı ilin yanvarında Ermənistanın Dağlıq Qarabağın aralıq statusu ideyasından imtina etməsi üçün şərt irəli sürmələrindən şikayətlənib.

“Status qarşılığında ərazilər”, “sülh qarşılığında ərazilər” düsturları var idi və 2016-cı ildən 2018-ci ilə qədər “heç bir şey qarşılığında ərazilər” düsturu meydana gəldi və bununla bağlı danışıqlar prosesi bizə miras qaldı”, – deyə Paşinyan Ermənistanın keçmiş səlahiyyətlilərini, xüsusən keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyanı günahlandırıb.

Maraqlıdır, Paşinyanın Minsk Qrupu ilə bağlı səsləndirdiyi ittihamların siyasi, məntiqi əsası varmı?

Məsələyə münasibət bildirən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev Paşinyanın Minsk Qrupu ilə bağlı səsləndirdiyi ittihamlara birmənalı prizmadan yanaşmadı: “Əvvəla həmsədrlər Azərbaycana tərəfdar olsaydılar, Qarabağ məsələsi 30 il uzanmazdı. Vətən müharibəsinə qədər Ermənistan nəinki Dağlıq Qarabağı, ətraf 7 rayonu işğal altında saxladı. Hansı ki, işğal altında olan ətraf rayonların ümumi ərazisi iki Dağlıq Qarabağ boyda idi. Həmsədrlər beynəlxalq hüquqa söykənərək, 1994-cü ildə əldə edilən atəşkəsdən sonra bir dəfə də olsun Ermənistana siyasi, iqtisadi, hərbi təzyiq göstərmədilər. O mənada ki, heç olmasa ərtraf rayonları boşaldın. Əsla belə bir hal baş vermədi. Həmsədr dövlətlər də hesab edirdilər ki, zaman Ermənistanın xeyrinə işləyir. Yəni işğalın müddəti uzandıqca, ərazilərin Azərbaycana qayıtması yaddan çıxacaq. Ancaq Azərbaycan zamanla toparlanaraq həm həmsədr dövlətləri, həm də Paşinyanı yanıltdı. Bəzən deyirlər ki, Paşinyan bilərəkdən axmaqcasına Azərbaycanı hücum etməyə təhrik etdi. Mən bu yanaşmaya bir az fərqli baxıram. Məsələ ondadır ki, işğalın 30 ilə yaxın uzanması Paşinyanda ciddi əminlik yaratmışdı. O mənada ki, bütün yüksəkliklər Ermənistanın nəzarətində olduğu üçün Azərbaycan hücum etməyə cəsarət etməz və s. Paşinyan bunu gözləmirdi. O elə bilirdi ki, həmsədrlər hərbi müdaxilə edəcəklər. Anlamadı ki, Türkiyə kimi güclü dövlət Azərbaycanı birmənalı dəstəkləyir. Anlamadı ki, nə qədər ikili standartlar olsa da, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Bir ovuc erməniyə Qarabağda xüsusi status vermək perspektivdə Rusiya və Fransa üçün təhdid deməkdir. Rusiyada çoxsaylı və sayı milyonlarla olan xalqlar yaşayır. Bəs onlara niyə belə bir xüsusi status verilmir? Həmçinin, Ermənistan üçün yaxasını cıran Fransaya da bu aiddir”.

İAT sədri yekun olaraq onu da qeyd etdi ki, biz qalib dövlət olsaq da, heç vaxt arxayın oturmamalıyıq. Çünki erməni adlanan məkrli bir məxluqla qonşuyuq. (Bakı-Xəbər)

Həmçinin oxuyun

Təbriz Musayev: “Molla rejimi heç vaxt Ermənistanla bağlı Rusiya, Türkiyə və Azərbaycanla həmrəy mövqedən çıxış etməz” 

“Cənubi Qafqaz ölkələri birgə səylərlə Ermənistanın Qərb təsirinin tramplininə çevrilməsinin qarşısını almaq üçün məsləhətləşmə formatı …