Cümə , Aprel 19 2024
Ana səhifə / Siyasət / Təbriz Musayev: “Ermənistan hər vasitə ilə xüsusilə Fransanın bölgədə hərbi iştirakını istəyir”

Təbriz Musayev: “Ermənistan hər vasitə ilə xüsusilə Fransanın bölgədə hərbi iştirakını istəyir”

Rusiya mətbuatı sərhəddə baş verən hadisələrə görə Ermənistanı ittiham edib. Qeyd olunur ki, Ermənistanın bu təxribatları təzyiq xarakterlidir.

Rusiyanın “Rosbalt” agentliyi Paşinyanın son günlər yenidən Azərbaycanla münasibətləri gərginləşdirmə tonuna diqqət çəkib: “Daima blokadada olmasından şikayətlənən və özünü qurban kimi göstərən Ermənistanın nəqliyyat kommunikasiyalarını açmaqdan imtina etməsinin səbəbi barədə düşünməyə dəyər. Ermənistanın Qərbi “ədalətli hakim” və “səxavətli sponsor” rolunda görərək, münaqişənin “yeni həll modelini” formalaşdırmaq istəyi var”.

Rusiya agentliyi Paşinyanın son günlər Fransa prezidenti ilə təmaslarına diqqət çəkərək İrəvanın Parisə böyük ümidlər bağladığını yazır. “Göründüyü kimi, Ermənistanın Azərbaycan və Rusiyaya “təzyiq göstərmək” üçün başqa bir fürsəti yoxdur. Yalnız Qərbə tərəf dönərək Moskvanı şantaj etmək və Bakını digər dövlətlərin ərazilərini də ələ keçirməkdə günahlandırmaq niyyətindədir. Ancaq bunlar çox təhlükəli manevrlərdir – bir neçə stulda əyləşmək və hamıdan divident almaq siyasətinin uğur qazanmaq ehtimalı yoxdur.Ermənistanın “dünya ictimaiyyətinə bölgəyə yerləşdirilmiş rus sülhməramlılarının uyğunsuzluğu və səmərəsizliyini göstərmək” məqsədi güddüyü də aydındır. Moskva üçün bu vəziyyət təhlil etmək çətin deyil. Avropa Birliyindən ciddi maliyyə dəstəyi alan Paşinyanın onunla (Şarl Mişelə işarədir) üzbəüz nədən danışdıqları məlum deyil. Xüsusən də tərəflərin danışıqlarda bölgəyə NATO formatında sülhməramlı kontingentin yerləşdirilməsi istəyində nə qədər irəlilədikləri məlum deyil”.

Agentliyə görə, Paşinyanın davranışları onu göstərir ki, sərhəddə olan Rusiya ordusu işinin öhdəsindən gəlməməkdə ittiham etmək üçün Ermənistan hər şeyi edir.

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayevin fikrincə, İrəvanın oyun oynaması ortadadır: “Bütün bunlar apaçıq ortadadır. Özü də baş verənlər tipik erməni həyasızlığına uyğun olaraq cərəyan edir. Məsələ ondadır ki, məhz seçkilərdən sonra bu təxribatların intensiv hal alması təsadüfü deyil. Kim nə deyir-desin Paşinyan Putindən narazıdır. Putin də Paşinyanın hansı məzhəbə qulluq etdiyini yaxşı bilir. May-iyun aylarında Paşinyan çox çalışdı ki, KTMT-ni məsələyə qatsın. Bütün bu cəhdlər fiaskoya uğradı. Bu, Ermənistanda ciddi narazılıq yaratdı. Xüsusən də Paşinyana yaxın olan media orqanları çox məharətlə bundan Rusiyaya qarşı təbliğat kimi istifadə etdilər. Belə bir görüntü yaratdılar ki, baxın rəsmi müraciət olsa da Rusiya Ermənistana yardım etmək istəmir. Deyərdim ki, bu kampaniya seçkilərdə Paşinyanın xeyrinə də işlədi. Sonra isə Qərbin ermənipərəst dairələri gizli olaraq müxtəlif ssenariləri işə saldılar. Məsələnin kökündə duran odur ki, Ermənistan hər vasitə ilə xüsusilə Fransanın bölgədə hərbi iştirakını istəyir. Ona görə də məqsədyönlü şəkildə Azərbaycanla sərhəddə ard-arda təxribatlar törədilir. Məqsəd həm də odur ki, 10 noyabr razılaşması pozulsun. Çünki 10 noyabr razılaşmasından irəli gələn şərtləri rəsmi İrəvan yerinə yetirmək istəmir. Ermənistan təxribatları artırmaqla dünyaya göstərir ki, baxın Rusiyanın məlum vasitəçiliyi nəticə vermir. Bölgədə ABŞ və Fransa təşəbbüsü ələ almalıdır. Avropa İttifaqının Ermənistana 2,6 milyard avro ayırması və ondan sonra bunların baş verməsi təsadüfü deyil”.

İAT sədri hesab edir ki, Azərbaycan hər an təxribata hazır olmalı və Ermənistan bütün bunlara son qoymasa, o zaman yenidən başı əzilməlidir.

Həmçinin oxuyun

Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir” 

Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin “baş nazir”i Ruben Vardanyanın …